Azərbaycan Ordusunun daha bir hərbi qulluqçusu minaya düşüb.
Gundemxeber.Az-ın məlumatına görə, hadisə Tərtər rayonunun Talış kəndi istiqamətində baş verib.
Belə ki, N saylı hərbi hissənin komandiri, polkovnik-leytenant Kamil Duniyev minaya düşüb. Hadisə zamanı o, ağır xəsarət alıb və hərbi hospitala təxliyə olunub. K.Duniyevin ayağı amputasiya edilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, 10 noyabr 2020-ci il tarixdən hazırkı vaxtadək işğaldan azad edilən ərazilərdə minaya düşmələri nəticəsində 5 hərbi qulluqçu, 9 mülki şəxs həlak olub, 52 hərbi qulluqçu, 8 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?