Ermənistan 2020-ci il üçün hərbi büdcəsinin 50, rəsmi valyuta ehtiyatlarının 15 və ya dövlət büdcəsinin 10%-ni Azərbaycan ərazilərinin minalanmasına xərcləyib.
Gundemxeber.az xəbər verir ki, bu barədə “Svobodnaya Pressa” yazıb.
“27 kvadrat kilometrlik təmizlənmiş kiçik bir ərazidə tapılan mərmilərin ümumi dəyəri 3 milyon ABŞ dollarına çatır. İstehkamçıların qiymətləndirməsinə görə, işlərin artıq aparıldığı və ya gələcəkdə aparılması planlaşdırıldığı ərazilərdə ümumilikdə təxminən 4,5 milyon mina basdırıla bilər”, - məqalədə deyilir.
Qeyd olunur ki, mütəxəssislərin hesablamalarına görə, Ermənistan tərəfinin basdırdığı minaların ümumi dəyəri 340 milyon ABŞ dollarına çata bilər.
“Ermənilərdən “miras qalan” mina sahələri əsasən Azərbaycanın artıq nəzarəti bərpa etdiyi və bu illər ərzində Dağlıq Qarabağın statusu ətrafındakı danışıqlarda əsas sövdələşmə elementi olan Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun ərazisində yerləşir”, - nəşr vurğulayıb. (Report)
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?