ABŞ Konqresinin xarici yardımlar komitəsi konqresmen Devid Valadaonun Dağlıq Qarabağda minaların təmizlənməsi üçün daha 1.5 milyon dollar ayrılmasına dair təşəbbüsünü dəstəkləyib.
gundemxeber.az “Amerikanın səsi”inə istinadən xəbər verir ki, komitənin qərar layihəsi bu gün axşam Konqresdə səsverməyə çıxarılacaq.
Valadao öz təklifini belə əsaslandırıb ki, Dağlıq Qarabağda 90-cı illərin əvvəllərindən bəri hələ də böyük sayda minalar qalıb, bu da yerli əhalinin həyatını və təhlükəsizliyini təhdid edir. “Minaların təmizlənməsi proqramı insanların təhlükəsizliyi üçün mühüm və zəruri təşəbbüsdür”-konqresmen bildirib.
Dağlıq Qarabağın inzibati ərazisində minaların təmizlənməsi ilə Britaniyanın humanitar minatəmizləmə təşkilatı olan HALO Trust məşğul olur. Bu təşkilat keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin inzibati ərazisinin 88 faizini minalardan təmizlədiyini bildirir. Təşkilat minaların təmizlənməsini başa çatdırmaq üçün daha 8 milyon dolların lazım olduğunu açıqlayıb.
Dağlıq Qarabağda minaların təmizlənməsi proqramının əsas donoru ABŞ hökumət agentliyi USAİD-dir. Bu, ABŞ Konqresinin Dağlıq Qarabağ separatçılarına hər il ayırdığı maddi yardımlar çərçivəsində həyata keçirilir. 1998-ci ildən etibarən ABŞ Konqresi Dağlıq Qarabağ ermənilərinə birbaşa yardım ayırır. Ən iri yardımhəmin ayrılıb-12 milyon dollar. Sonrada bu yardımların həcmi ildən ilə azaldılıb, hazırda 1-2 milyon həddindədir. Lakin Konqres indi əlavə olaraq minaların təmizlənməsi adı altında Dağlıq Qarabağ ermənilərinə 1.5 milyon dollar da ayırmaq ərəfəsindədir. Rəsmi Bakı HALO Trust-un Dağlıq Qarabağdakı fəaliyyətinin qanunsuz olduğunu bildirir. Azərbaycan bir neçə il əvvəl Britaniya hökumətinin bu təşkilatın Qarabağda minatəmizləmə fəaliyyətini maliyyələşdirməsini dayandırmağa nail olub. HALO Trust təşkilatının əsas donorları erməni fondları və ABŞ Konqresidir. Azərbaycan tərəfi bildirir ki, HALO Trust Dağlıq Qarabağda erməni hərbçiləri ilə əlbir işləyir və bu təşkilatın minatəmizləmə fəaliyyətinin maliyyələşdirilməsi ABŞ-ın Minsk Qrupundakı missiyasına uyğun deyil.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?