Prokurorluq Ağdam rayonunda idarə rəisinin minaya düşməsi ilə bağlı məlumat yayıb.
Ağdam rayon prokurorluğundan verilən məlumata görə, martın 3-də saat 15 radələrində 1967-ci il təvəllüdlü Hafiz Əzimzadənin Ağdam rayonunun işğaldan azad edilmiş Novruzlu kəndi ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla Ağdam rayonunun Mexaniki Suvarma İdarəsinin rəisi işləyən Hafiz Əzimzadənin su quyularının bərpası işləri ilə məşğul olan zaman qeyd edilən ərazidə minaya düşməsi nəticəsində sağ ayağın topuqdan aşağı ətrafının amputasiyası və digər çoxsaylı xəsarətlər alması müəyyən edilib.
Faktla bağlı Ağdam rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
16:14
Ağdam rayonunda idarə rəisi minaya düşüb.
Trend-in məlumatına görə, Ağdam rayonu Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzizzadə rayonun işğaldan azad olunan Novruzlu kəndində xidməti vəzifəsini yerinə yetirərkən minaya düşüb.
Hadisə nəticəsində idarə rəisi ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Hazırda idarə rəisinin vəziyyəti ağır qiymətləndirilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?