GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bölgə » Bölgədə yeni müharibə havası: İrəvan öhdəliklərindən qaçır, Moskva isə...

Bölgədə yeni müharibə havası: İrəvan öhdəliklərindən qaçır, Moskva isə...

Tarix: 11-03-2021, 11:36 Bölmə :Bölgə Baxış: 353
Bölgədə yeni müharibə havası: İrəvan öhdəliklərindən qaçır, Moskva isə...


Martın 1-nə hazırlanmalı olan üçtərəfli “yol xəritəsi” niyə gecikir? Politoloq: “Rusiya Ermənistandan izahat istəməlidir...”

Moskvada Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında üçtərəfli sənədin imzalanmasından iki ay ötür. 11 yanvar yazılı razılaşması keçən ilin 10 noyabrında qəbul edilmiş Ermənistanın kapitulyasiya sənədinin davamı sayılır. Anlaşmada müharibədən sonra regionda bütün nəqliyyat dəhlizləri və kommunikasiyaların açılmasını nəzərdə tutan konkret mexanizmlər əks olunmuşdu.

O sırada qərara alınmışdı ki, üç ölkənin baş nazirlərinin müavinləri səviyyəsində işçi qrupu yaradılsın və həmin qurum martın 1-dək konkret “yol xəritəsi”ni liderlərin masası üzərinə qoysun. Lakin vaxt tamama yetsə də, nəticə yoxdur. Bu da müstəsna olaraq, İrəvanın astagəlliyi və ya prosesi ləngitməsi ilə əlaqələndirilir. Halbuki əksər müstəqil iqtisadçı ekspertlərə görə, iqtisadi-ticari əlaqələrin bərpası ən çox Ermənistana lazımdır, çünki bölgənin dərin böhran içində olan, xarici sərhədləri bağlı qalan yeganə ölkəsi məhz odur.

Bəzi siyasi müşahidəçilər ləngimənin əsas motivi qismində Ermənistandakı qəliz daxili vəziyyəti görsələr də, fakt budur ki, rəsmi İrəvanın özü də yol və kommunikasiyaların sürətli açılmasına bir elə isti yanaşmır. Buna yüksək çinli Ermənistan hökuməti yetkililərinin Azərbaycana və Türkiyəyə münasibətdə davam edən ənənəvi düşmən mövqeyi, vaxtaşırı ölkəmizə qarşı ərazi iddiasını özündə daşıyan bəyanatlar vermələri şübhə yeri saxlamır. O sırada Ermənistan XİN Zəngəzur dəhlizi ilə bağlı 10 noyabr və 11 yanvar razılaşmalarına daban-dabana zidd açıqlamalar səsləndirməkdədir.

Yaxud belə bir misal: keçən həftə Avrasiya İqtisadi Birliyinin (AİB) İqtisad Komissiyası Şurasının onlayn formatda keçirilən iclasında Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan Türkiyə də daxil olmaqla, inkişaf etməkdə olan 75 ölkənin AİB-in vahid tarif üstünlükləri sistemi siyahısından çıxarılmasını təklif edib. Təklif qəbul olunub. Təzad ondadır ki, Qriqoryan 11 yanvar sazişinə əsasən, baş nazir müavinləri səviyyəsində üçlü işçi qrupunda öz ölkəsini təmsil edən şəxsdir və işçi qrupu Türkiyə ilə də əlaqələrin qaydaya salınmasına görəvlidir...

*****

“Ermənistan 11 yanvarda qəbul edilən 4 maddəlik bəyanatın əsas bəndini yerinə yetirməyib. Doğrudur, baş nazirlərin müavinləri bir neçə dəfə Moskvada görüşüblər, ancaq bəyanatda deyildiyi kimi, ekspertlərdən ibarət altqrupların fəaliyyətə başlaması barədə məlumat yoxdur. Digər tərəfdən, martın 1-i geridə qalıb, ancaq liderlərə təkliflər paketi təqdim edilməyib”.

Bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Politoloq xatırladıb ki, 4 maddəlik bəyanatın ümumi mənası 3 dövlət arasında işçi heyət və ekspertlərdən ibarət altqrupların yaradılmasından ibarət idi: “İşçi heyətdə əməkdaşlığın aktual mövzuları müzakirə edilməli və sonda yekun sənəd hazırlanaraq imzalanmaq üçün liderlərə verilməli idi. İşçi heyətə və ekspertlərə martın 1-nə qədər sənədi hazırlamaq tapşırılmışdı. Bu sıraya kommunikasiya xətlərinin açılması və beynəlxalq daşımaçılığın təmin olunması daxil idi. Nikol Paşinyan əsas gətirə bilər ki, ölkəsində vəziyyət gərgindir və hazırda onun və komandasının Azərbaycanla əməkdaşlığa dair təkliflər paketi hazırlayacaq halı yoxdur. Ancaq Ermənistanda xaos uzun müddət davam edə bilər. Bu, o deməkdirmi ki, Nikol Paşinyan bunu bəhanə edərək, kommunikasiya xətlərinin açılması məsələsini yubada bilər?”

Politoloq habelə Ermənistan XİN-in mətbuat katibinin açıqlamalarında daima Naxçıvanla Azərbaycanın materik hissəsi arasında dəhlizin mümkünsüzlüyünü dilə gətirməsini yada salıb. “Belə çıxır, Paşinyanın Moskvada qəbul etdiyini onun naziri təkzib edir və ya Paşinyan özü XİN vasitəsilə imza atdığı bəyanatdan yayınmağa çalışır. Azərbaycan Prezidenti İlham Əliyev son geniş mətbuat konfransında dedi ki, Ermənistan kommunikasiya xətlərinin açılmasına mane olmağa çalışır. Aydındır ki, Nikol Paşinyan hazırkı vəziyyətdə kommunikasiya xətlərinin açılmasına hazır deyil. Ancaq Azərbaycan onun buna nə zaman hazır olacağını gözləyə bilməz. 11 yanvar bəyanatının müəllifi Rusiya prezidentidir. Deməli, Moskva İrəvanın məsələni gecikdirməsi ilə bağlı izahat istəməlidir”, - deyə Şahinoğlu əlavə edib.

*****

Hələlik bu yöndə Kreml sarıdan hansısa hərəkətlilik yoxdur. Bu isə narahatlığı artırır. Hər halda, Moskvada və İrəvanda anlamamış deyillər ki, 10 noyabr və 11 yanvar üçtərəfli anlaşmalarının tam həcmdə həyata keçməməsi bölgədə yeni müharibə riskinin artması, Ermənistandakı revanşist-faşist qüvvələrin “çörəyinin üzərinə yağ sürtülməsi” demək olardı.

“Moskva ənənəvi olaraq Ermənistandakı vəziyyətin qarışmasında maraqlı deyil. Onun baş nazir Nikol Paşinyana qarşı hər hansı meyli olmadığı üçün Ermənistanın daxili işlərinə qarışmaq istəyindən uzaqdır”.

Bu fikri Arminfo-ya Moskvadakı Avrasiya İqtisadi Birliyi İnstitutunun İcraçı direktoru Vladimir Lepexin söyləyib.

“Mənim fikrimcə, bu, Qarabağ və onun ətrafında sülh prosesinin təmin edilməsini bütünlüklə öz üzərinə çəkdiyi şəraitdə Rusiyanın yeganə mümkün mövqeyidir. Xüsusilə də Moskvanın hər addımının Ermənistanda öz siyasi təsirini gücləndirməyə cəhd kimi qiymətləndirilə biləcəyi şəraitdə - bunun ölkədəki vəziyyətə vəd etdiyi bütün mənfi nəticələri ilə birlikdə”, - deyə rusiyalı ekspert vurğulayıb.

Onun fikrincə, Rusiya bu gün Ermənistanda dalana girmiş vəziyyəti yalnız izləməklə məşğuldur. “Moskvanın Ermənistandakı hərəkətləri isə müxtəlif iqtisadi layihələrin həyata keçirilməsi ilə yanaşı, Qarabağdakı sülhməramlı missiyanın icrası ilə də məhdudlaşır”, - qurum rəhbəri bildirib.

*****

Şübhəsiz ki, rəsmi Moskvanın bölgədə öz maraqları var. Lakin bu da var ki, masaya prezident Putinin şəxsən imzaladığı və onun təşəbbüsü ilə ərsəyə gələn iki sənəd qoyulub. Və hər iki sənədin bir sıra mühüm bəndlərinin reallaşması yubanır. O sırada Qarabağda qalmış işğalçı ordunun qalıqlarının tərk-silah edilməsi məsələsi də öz həllini gözləyir. Ərazimizdə qanunsuz silahlı dəstələrin qalması isə yeni hərbi toqquşma ehtimalının qalması deməkdir.../“Yeni Müsavat”/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bu gün Qarabağ üzrə İşçi Qrupun növbəti iclası keçiriləcək

    Bu gün Qarabağ üzrə İşçi Qrupun növbəti iclası ...

    1-03-2021, 10:43

  • 
  • Üçtərəfli işçi qrupunda Ermənistandan kimlər olacaq? - Paşinyan siyahını təsdiqlədi

    Üçtərəfli işçi qrupunda Ermənistandan kimlər ...

    4-02-2021, 19:01

  • 
  • Putin prezident İlham Əliyevlə Sərkisyan arasında görüş təşkil edir

    Putin prezident İlham Əliyevlə Sərkisyan arasında ...

    17-07-2017, 10:29

  • 
  • Moskva görüşünün nəticəsi: Rahatlıq da var, narahatlıq da - GƏLİŞMƏ

    Moskva görüşünün nəticəsi: Rahatlıq da var, ...

    12-01-2021, 11:42

  • 
  • İlk anlaşmadan iki ay sonra: İkinci raund nə ilə nəticələndi? - GƏLİŞMƏ

    İlk anlaşmadan iki ay sonra: İkinci raund nə ilə ...

    13-01-2021, 12:02


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu