Lənkəranda iki nəfərin ölümü ilə nəticələnən silahlı insident olub.
Gundemxeber.az xəbər verir ki, hadisə Havzava kəndində baş verib. İlkin məlumata görə, silahlı insident qohumlar arasında olub. Yerli sakinlərdən biri (ad və soyadı dəqiqləşdirilir-red) münaqişə zəminində ov tüfəngi ilə əmisi oğlunu və bibisi nəvəsini qətlə yetirib.
İnsidentin təfərrüatları hələ məlum deyil.
Ölənlərin meyitləri Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.
Sorğu
Yeni dizaynımız necədir?