Lənkəranda iki nəfərin bıçaq xəsarət alması ilə nəticələnmiş kütləvi davanın təfərrüatları məlum olub.
Hadisə rayonun Ləvəngi dairəsində baş verib. Belə ki, Ləvəngi dairəsinə iki avtomobillə gələn Liman şəhərinin 8 sakini burada avtoxuliqanlıq ediblər. Bu zaman taksi sürücüləri onlara irad tutub. Nəticədə tərəflər arasında 10 nəfərin iştirak etdiyi kütləvi dava olub. Dava zamanı taksi sürücülərindən ikisi bıçaq xəsarətləri alıb. Hadisəni törətmiş avtoxuliqanların sərxoş vəziyyətdə olduğu bildirilir. Faktla bağlı araşdırmalara başlanılıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?