Ötən sayımızda "Jurnalisti ölümlə təhdid edən qulduru Salyan polisi müdafiə edir-İDDİA" başlığı altında dərc olunan məqalə ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov tərəfindən redaksiyamıza açıqlama daxil olub. Açıqlamada deyilir: "Jurnalisti ölümlə təhdid edən şəxsin Salyan Rayon Polis Şöbəsində müdafiə olunması ilə bağlı bəzi xəbər saytlarında yayılmış məlumatlar həqiqəti əks etdirmir. Belə ki, Salyan rayon sakini Aysel Məlikova qonşusu Abdulla Səfərovla aralarında yaranmış münaqişə ilə bağlı DİN-in "102" Xidməti-Zəng Mərkəzinə və Salyan Rayon Polis Şöbəsinə müraciət edərək məlumat verib. Daxil olmuş müraciətlə əlaqədar Salyan RPŞ-nin Təhqiqat Bölməsində müvafiq araşdırmalar aparılıb. Vətəndaş A.Zəfərovun hərəkətlərinin xırda xuliqanlıq tərkibi yaratdığından onun barəsində AR İXM-nin 510-cu maddəsi ilə materiallar toplanıb və hüquqi qiymət verilməsi üçün 08.08.2021-ci il tarixində Salyan Rayon Məhkəməsinə göndərilib."
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?