Gundemxeber.az » Ölkə » Bölgə » Lerikdə həbs olunan bələdiyyə sədrinin məhkəməsi başlayır
Lerik rayon Noda kənd bələdiyyə sədrinin qanunsuz əməlləri ilə bağlı rayon prokurorluğuna daxil olmuş vətəndaş müraciəti əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Lerik rayon prokurorluğundan verilən məlumata görə, ibtidai istintaqla müəyyən edilib ki, Noda bələdiyyəsinin sabiq sədri Səlim Səfərov işlədiyi müddətdə dövlət büdcəsindən bələdiyyəyə ayrılmış 1950 manat dotasiyanın 1600 manatını təyinatı üzrə istifadə etməyib nağdlaşdıraraq şəxsi ehtiyacına xərcləmiş, həmçinin qeyd edilən pul vəsaitinin təyinatı üzrə xərclənilməsi görüntüsünü yaratmaq məqsədi ilə rəsmi sənədə bilə-bilə yalan məlumat daxil edərək vəzifə saxtakarlığı edib.
Gundemxeber.az
9-09-2020, 12:02
3-05-2021, 17:19
17-08-2021, 16:22
16-08-2021, 16:55
13-07-2021, 11:21
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?