Gundemxeber.az » Ölkə » Bölgə » Türkiyə şirkətləri Qarabağa və Şərqi Zəngəzura 6,5 milyard dollar yatıra bilər
İşğaldan azad edilmiş ərazilərdə infrastruktur, o cümlədən nəqliyyat bərpa olunur, "Ağıllı kənd" və "Ağıllı şəhər" konsepsiyaları əsasında quruculuq işləri gedir.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumunda deyib.
“Azərbaycan bərpa prosesini təkbaşına aparmır, dost ölkələrin şirkətləri ilə birgə həyata keçirir. İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət üçün investorlara yaşıl işıq yandırmışıq. Bu günə qədər həmin ərazilərlə bağlı sahibkarlardan 921 müraciət olub. Bunlardan 283-ü xarici şirkətlərdən daxil olub. Türkiyə şirkətləri üstünlük təşkil edir. Gürcüstandan da müraciətlər daxil olur. Türkiyədən daxil olmuş 19 investisiya təklifinin 14-ü üzrə investisiyaların məbləği 6,5 milyard manata çatır. Ağdam Sənaye Parkına və Araz Vadisi İqtisadi Zonasına böyük maraq var”, - deyə o, qeyd edib.
GundemXeber.Az
14-12-2021, 12:41
11-03-2021, 21:29
1-04-2021, 21:29
26-05-2021, 21:40
2-06-2021, 14:01
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?