Gundemxeber.az » Ölkə » Bölgə » Aİ Zəngəzur dəhlizi boyunca dəmir yolu xəttinin çəkilişini dəstəkləyib
Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz regionunda kommunikasiya infrastrukturunun yaradılmasına, ölkələr arasında əlaqəni təmin edən xətlərin açılmasına və inkişaf etdirilməsinə dəstəyini bir daha ifadə edib.
Bunu Aİ Şurasının Prezidenti Şarl Mişel Belçikanın paytaxtı Brüsseldə Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə keçirilmiş üçtərəfli görüşün nəticəsinə dair yaydığı bəyanatda bildirib.
O, Aİ-nın iqtisadi-investisiya resursları vasitəsilə bu layihələri dəstəkləyəcəyini də vurğulayıb.
Bəyanatda dəmir yol xəttinin çəkilişi xüsusi olaraq qeyd olunub. Bu, Zəngəzur dəhlizi boyunca dəmir yolunun çəkilişini nəzərdə tutur. Həmçinin, dəmir yolunda gömrük və sərhəd nəzarətinin qarşılıqlıq prinsipi əsasında təşkil olunacağı vurğulanıb. Bununla da Azərbaycanın dəhlizə dair haqlı mövqeyi bir daha təsdiqlənib.
Xatırladaq ki, üztərəfli görüşdə Azərbaycan və Ermənistan arasında kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsi geniş müzakirə olunub. Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq edib və bildirib ki, yolun çəkilişinə tezliklə start verəcək. Burada gömrük və sərhəd nəzarət məsələlərinin qarşılıqlı prinsip əsasında təmin olunması barədə razılığa gəlinib.
Gundemxeber.Az
7-12-2020, 14:17
7-12-2015, 20:02
22-04-2021, 09:35
13-10-2014, 16:11
30-03-2017, 15:07
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?