Gundemxeber.az » Ölkə » Bölgə » Qarabağ separatçılarının “ordusu” DAĞILIR - GƏLİŞMƏ
“Qarabağdakı Müdafiə Ordusu daha bir tərxisetmədən sonra faktiki darmadağın olacaq”.
Gundemxeber.az modern.az-a istinadla xəbər verir ki, bunu Ermənistan Konstitusiya Məhkəməsi aparatının keçmiş rəhbəri Edqar Qazaryan öz Facebook səhifəsində yazıb.
O, həyəcanla qeyd edib ki, 31 yanvar 2022-ci il tarixində 2021-2022-ci il üçün qış hərbi xidmətə çağırış başa çatıb və yalnız tərxisetmə həyata keçiılib:
“Bu, 2020-ci ildəki dağıdıcı müharibədən sonra üçüncü çağırış idi. Hər çağırışla xidmət müddəti başa çatmış əsgərlərin tərxis olunması da həyata keçirilir. Faktiki olaraq, artıq üçüncü dəfədir ki, “Qarabağ Ordusu”nun hərbi qulluqçuları yalnız tərxis olunur, yeni çağırılan əsgərlər yoxdur. Aydındır ki, Qarabağın sərhədlərinin mühafizəsini və təhlükəsizliyini yalnız orada yaşayan əhalinin səyi ilə təşkil etmək mümkün deyil. Qarabağ Müdafiə Ordusu faktiki olaraq bütün mümkün faciəvi nəticələrlə dağıdılır”.
Edqar Qazaryan bildirib ki, bütün bunlara görə məsuliyyət daşıyan əsas şəxs Ermənistanın baş naziri Nikol Paşinyandır.
“O, Qarabağın və Ermənistanın dinc həyatını nəinki müharibəyə çevirdi, hətta müharibə zamanı dövlətə rəhbərlik edə bilmədi, şüurlu şəkildə prosesi məğlubiyyətə apardı, öz əli ilə təslim olmaq haqqında bəyanat imzaladı, əraziləri düşmənə verdi.
Onun xain kampaniyası bitməyib. İndi o, ardıcıl olaraq Ermənistanın və Qarabağın ordularını darmadağın edir, dövlətimizin müqavimət imkanlarını zəiflədir, “DQR”i düşmənə təslim etmək və Ermənistanı tamamilə məhv etmək kimi cinayətkar niyyətlərlə düşmənçilik tezisləri irəli sürür.
Bu fəlakətin qarşısı bir gün əvvəl alınmalıdır. Nikol Paşinyan və onu dəstəkləyən qüvvələr təkcə hakimiyyətdən deyil, ictimai həyatımızdan da qovılmalıdır. Bunlar elə insanlardır ki, dilçilər uyğun sözləri tapmaq üçün onların xarakteristikaları üzərində düşünməlidirlər”, - deyə E.Qazaryan həyəcan təbili çalıb.
Ermənistanda Edqar Qazaryan kimi keçmiş hakimiyyətin tör-töküntülərinin revanşist açıqlamaları, bəyanatları sadə vətəndaşları bezdirib. Bu çağırışlara ictimai reaksiyalar göstərir ki, revanşistlər itirdikləri etimadı bərpa edə bilmirlər.
GUNDEMXEBER.AZ
25-12-2020, 15:41
31-03-2020, 12:00
12-09-2013, 01:59
25-08-2013, 11:22
1-10-2013, 13:01
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?