Gundemxeber.az » Ölkə » Bölgə » Nazir müavinindən meşə yanğınları ilə bağlı ÇAĞIRIŞ
“Meşə fondu ərazilərində və digər yaşıllıq sahələrində vaxtaşırı yanğın hadisələri qeydə alınır ki, bunların da əksəriyyəti insanların ehtiyatsızlığından irəli gəlir”.
Bunu Oxu.Az-a açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib.
Onun sözlərinə görə, havaların istiləşməsi, küləkli hava şəraitinin üstünlük təşkil etməsi meşə yanğınlarının baş vermə təhlükəsini artırır.
F.Əliyev yanğın hadisələrinin baş verməməsi üçün kənd təsərrüfatı ilə məşğul olan sahibkarları, fermerləri, meşə ətrafında yaşayan kənd sakinlərini, heyvandarlıq və əkinçiliklə məşğul olan vətəndaşları odla ehtiyatlı davranmağa, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə, biçindən sonra sahələrə od vurmamağa, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa, yanğına şərait yaradan bütün hallara qarşı birgə mübarizəyə çağırıb.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar, Daxili İşlər və Kənd Təsərrüfatı Nazirliyinin nazir müavinlərinin, Baş Prokurorluğun əməkdaşlarının və icra hakimiyyətinin nümayəndələrinin iştirakı ilə rayonlarda “Təbiət ərazilərində yanğın təhlükəsizliyi” mövzusunda görüşlər keçirilir.
Gundemxeber.Az
29-07-2015, 23:41
5-07-2018, 14:32
30-07-2015, 23:56
21-08-2019, 14:54
7-07-2018, 13:03
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?