Gundemxeber.az » Ölkə » Bölgə » Şamaxıda qəzaya düşənlər bu məktəbin müəllim və şagirdləridir - Rəsmi açıqlama
“Şamaxı-Bakı yolunda məktəbliləri daşıyan sərnişin avtobusunun qəzaya düşməsi nəticəsində xəsarət alan məktəblilərə ilkin tibbi yardım göstərilib və onlar tibb müəssisələrinə yerləşdirilib”.
Gundemxeber.az xəbər verir ki, bu barədə Bakı Şəhər Təhsil İdarəsinin mətbuat xidməti Bəşarət Məmmədov “Facebook” səhifəsində qeyd edib.
“Bakı Şəhəri üzrə Təhsil İdarəsi müvafiq qurumlarla birgə xəsarət alanların vəziyyətini nəzarətdə saxlayır. Qəzaya düşən avtobusdakı sərnişinlərin Bakı şəhəri 279 nömrəli tam orta məktəbin müəllim və şagird heyəti olduğu bildirilir. Allah şəfa versin!”,- deyə paylaşımda bildirilib.
Gundemxeber.az
13-06-2022, 09:33
7-12-2018, 15:11
9-03-2017, 15:24
6-01-2018, 23:00
12-04-2019, 17:04
Sorğu
Yeni dizaynımız necədir?