Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sakinlərlə səyyar görüşləri davam etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar görüşlər zamanı sakinləri narahat edən məsələlər yerində araşdırırlır.
Budəfəki görüş Azərbaycan Dövlət Aqrar Universitetinin Tələbə parkında keçirilib. “Açıq mikrofon” şəraitində keçirilən görüşdə Niyazi Bayramovla yanaşı Millət vəkili Müşfiq Cəfərov, Nizami və Kəpəz İcra Hakimiyyətlərinin başçıları Nizami Hacıyev və Eldəniz Xudiyev, Nizami və Kəpəz bələdiyyələrinin sədrləri Qoşqar Məmmədov və Yaşar Abdullayev, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ADAU-nun Tələbə Parkında şəhidlərimizin xatirəsinə ucaldılan abidəni ziyarət edib, önünə gül dəstələri düzüblər.
Görüşdə iştirak edən sakinlərin müraciətləri tək-tək dinlənilib. Müraciətlərin əsasını işlə təminat, mənzil uçotuna götürülmə, fərdi yaşayış evinin təmiri, dərman preparatlarının verilməsi, müalicə və digər məsələlər təşkil edib.
Səsləndirilən müraciətlərin bir çoxu yerindəcə öz həllini tapıb, digərlərinin araşdırılaraq qanunamüvafiq formada həlli üçün aidiyyəti üzrə tapşırıqlar verilib.
Sonda sakinlər göstərilən diqqətə görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya, həmçinin şəhər rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?