Noyabrın 14-15-də Dərbənd şəhərində Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının 12-ci iclası keçirilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, iclasda Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının 2022-ci il üzrə planlaşdırılan bütün tədbirlərinin uğurla yerinə yetirildiyi bəyan edilib, Azərbaycan və Rusiya arasında dövlət sərhədinin beynəlxalq hüquqi rəsmiləşdirilməsi üzrə işlər barədə müzakirə aparılıb, habelə komissiyanın 2023-cü il üçün iş planına baxılıb və təsdiq edilib.
Azərbaycan və Rusiya arasında sərhədlərin delimitasiyası 2010-cu ilin 21 dekabrında “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədi haqqında” Müqavilənin imzalanması ilə başa çatıb.
2013-cü il iyunun 21-də “Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyası haqqında” Əsasnamə təsdiq edilib. Əsasnaməyə uyğun olaraqAzərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyası yaradılıb.
Azərbaycan-Rusiya sərhəddin uzunluğu 327,6 kilometrdir. Bunun 55,2 kilometri çay, 272,4 kilometri quru, 22,4 kilometri isə dəniz sahəsini əhatə edir.
Rusiya ilə Azərbaycan arasında avtomobil, dəmir yolu və piyada keçidləri yerləşir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?