GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bölgə » Ermənilərin Xankəndidə aclıq və səfalət şousu… – FOTOLAR

Ermənilərin Xankəndidə aclıq və səfalət şousu… – FOTOLAR

Tarix: 11-01-2023, 19:00 Bölmə :Bölgə Baxış: 241


Son bir ayda ermənilərin dünya ictimaiyyəti qarşısında aramsız təbliğatının bir nömrəli mövzusu Xankəndidə və ətraf bölgələrdə yaşayan ermənilərin “blokada şəraitində aclıq və fəlakətlə” üzləşməsi ilə bağlıdır. 12 dekabr 2022-ci ildən etibarən gileylənən ermənilər iddia edirlər ki, Xankəndidə sosial-iqtisadi vəziyyət dözülməz həddə çatıb, Azərbaycanın ekofəallarının Laçın-Xankəndi yolunu “kəsməsi” bölgəyə Ermənistan ərazisindən ərzaq, dərman və digər məhsulların gətirilməsinin dayanmasına səbəb olub. Erməni diasporunun maliyyəsi ilə fəaliyyət göstərən xaricidəki muzdlu propaqandaçılar həmişə olduğu kimi əllərinə düşən bu şansdan yetərincə yararlana biliblər.

Dekabrın sonları və yanvarın əvvəli Xankəndidə mağazaların boş olması, ərzaq çatışmazlığı üzündən uşaq bağçalarının tətilə çıxması, hətta mərkəzi bazarın bağlanması haqda məlumatlar daha sürətlə yayıldı.

Bu təbliğat işində Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan, Ermənistanın Niderland və Lüksemburqdakı səfiri Tiqran Balayan, ictimai fəal və jurnalistlər Mariam Avetisyan, Siranuş Sarqsyan, Nara Matinyan və digərlərinin fəaliyyətləri xüsusi seçilib.

“Qafqazinfo” xəbər verir ki, Faktyoxla Lab. ermənilər tərəfindən paylaşılan foto və videolar əsasında araşdırma aparıb, doğrudanmı Xankəndidəki Azərbaycan vətəndaşlarının aclıq içində əziyyət çəkdiklərini, bu şəhərdə qazın, suyun olmadığını, yeməyə çörək belə tapa bilib-bilmədiklərini ayırd etməyə çalışıb.

Ermənilərin “blokada”, “aclıq və səfalət” şousunu ilk olaraq azərbaycanlı tvitter istifadəçisi Könül Şahin ifşa etməklə başladı. K.Şahinin dekabrın 31-i və yanvarın 1-də paylaşdığı 13 tvit Xankəndidəki vəziyyətə tam aydınlıq gətirirdi. Tvit1 Tvit2 Tvit3 Tvit4 Tvit5 Tvit6 Tvit7 Tvit8 Tvit9 Tvit10 Tvit11 Tvit12 Tvit13

Könül Şahinin bu paylaşımlarından sonra erməni təbliğatçıları ifşa olunduqlarını görüb, belə bir mətnlə müraciət etməyə məcbur qaldılar. Müraciətdə deyilir: “Zəhmət olmasa, tanışlarınıza deyin, instaqramda yemək, storilərinizdə restoranlarda dolu tabaqla təam fotolarını paylaşmayın. Ayıbdır. Blokadanın 25-ci günüdür”.

Lakin bu müraciətlər, xəbərdarlıqlar o zaman təsirli olardı ki, erməni təbliğatçılar etdikləri səhvləri düzəldər, bu mövzuya qayıtmazdılar. Təəssüf ki, əksini görürük. İndi təqdim edəcəyimiz fakt-yoxla texnikaları ilə ermənilərin təbliğatının necə yalan üzərində qurulduğunu, saxta məlumatları həqiqət kimi yaydıqlarını sübut etməyə çalışacağıq.

Beləliklə,

Fakt 1. Xankəndidə Hekimyan küçəsi 11-də yerləşən bu “SBS market” mağazasının ərzaq assortimentinə və alıcıların sayına diqqət edək. Əgər bir şəhərdə kütləvi aclıqdırsa, ərzaq tapılmırsa, bu mağazada niyə növbə yoxdur, piştaxtalar isə ərzaq məhsulları ilə doludur? Bəlkə, satıcısı “türkdür”, ermənilər buranı boykot ediblər?

Fakt 2. Xankəndi bazarı ilə bağlı separatçıların əsas təbliğat ruporu olan bir sayt 20 dekabrda xəbər paylaşıb. Xəbərin başlığı belədir: “Blokadada olan Xankəndinin mərkəzi bazarı bu gün”, az sonra xəbərin başlığı dəyişilib: “Xankəndinin mərkəzi bazarı bu gün bağlanıb”. Bu araşdırma aparılarkən həmin xəbərə saytda ümumiyyətlə rast gəlmədik. Görünür nə qədər gizlətsələr də informasiya yayılmasına yol verəcəklərini anlayıb, xəbəri saytdan tamamiilə silməklə özlərini sığortalamaq istəyiblər.

Halbuki separatçı rejimin əsas propaqandaçılarından biri Siranuş Sarqsyan 27 dekabr paylaşımında məhz həmin bağlanmış bazardan foto paylaşıb, “bir ana övladlarına şorba və ya püre bişirmək üçün gəlib bir kiloqram kartof və kök istədi” yazılmış “ürəkdağlayan” tvitini paylaşıb.

Fakt 3. Arman Tatoyan adlı propaqandaçı növbəti dəfə “Azərbaycanın yürütdüyü siyasət nəticəsində 120 min erməninin blokadada qalması” haqda yalan məlumat yayıb və bu məlumata boş piştaxtalı Xankəndi mağazalarından fotolar əlavə edib. Həmin fotolardan birini nisbətən böyük ölçüdə Kevork Oskanian adlı istifadəçi də paylaşıb. Həmin skrinlərə diqqət edin.

A.Tatoyanın paylaşdığı fotoda soyuducunun üstünə düzülən ət və ət məhsulları gizlədilib. K.Oskanianın paylaşdığı fotoda isə azca da olsa görünür. Biz isə soyuducunun üstündə gizlədilmiş məhsulların geniş çeşidini ayrıca təqdim edirik.

Ermənilər özləri öz yalanlarını ifşa edirlər.

Fakt 4. Ermənilər Xankəndidə “aclıq və səfalətin” hökm sürdüyünü dünya ictimaiyyətinə nədənsə fotoqraf Marut Vanyanın fotoları ilə çatdırırlar. O məlumatlar isə gah təhrif olunmuş olur, gah kontekstdən çıxarılmış, gah da tam saxta. Əvvəlcə bu saxtakar fotoqrafın çəkdiyi fotoya diqqət edək.

Bu isə həmin fotonun çəkildiyi marketdəki piştaxtanın tam görüntüsü. Marut Vanyanın bu tvitindəki fotonun tam versiyasını biz başqa bir mənbədən əldə etdik. Sağdakı, soldakı və üst qatdakı piştaxtaya və üzbəüzdəki ərzaqla tam dolu soyuducuya diqqət yetirin.

Görəsən, bu fotoqrafın fotoaparatının obyektivi niyə ancaq ətrafı tam təmizlənmiş sirkə məhlulunu görür?

Fakt 5. Bu fotonun çəkildiyi yerə düşən günəş şüaları, kölgələrə görə fotonun istirahət günü səhər saatlarında (8-8:30 zaman aralığında) çəkildiyini dəqiqləşdirə bildik. Satıcıların bir çoxu hələ işə çıxmayıblar, yaxınlıqdakı geyim mağazası da bağlıdır. Fotonun sağ küncündə yerləşdirilmiş çeşid-çeşid meyvə-tərəvəz növləri isə göz oxşayır. Bu da növbəti saxtakarlıq nümunəsidir. Hələ alıcılar üçün açılmayan bazar piştaxtasını “qıtlıq-aclıq” düşüncəsi ilə çəkib göstərirlər.

Oxşar nümunəni bu fotolarda da görürük.



Fakt 6. Mağazalardan birində boş soyuducu nümayiş olunur. Amma bu təbliğatı aparanlar mağaza soyuducusunun qarşısına düzdükləri dondurlmuş ət və balıq məshullarını kənara çəkməyi yaddan çıxarıblar və belə ifşa mənzərəsini bizə “hədiyyə” saxlayıblar.

Fakt 7. Bu foto isə “kamera zarafatları” üçün yaxşı ssenaridir. Bu aparatı Sovetlər dönəmində yaşayanlar yaxşı xatırlayırlar. Aparata pul atıb dəmir qarmaqların vasitəsilə hədiyyə udmaq mümkün idi. Burada hədiyyə əvəzinə adi soğan qoyulub. Şərhdən də görünür ki, bu qurğu Xankəndidə quraşdırılıb və soğan qıt olduğu üçün sakinlərə belə şans verilib.

Ermənilər hər şeyi gözəl fikirləşiblər, lakin bir az diqqətsiz olublar. Həmin qurğunun yaxınlığında dayanan şəxslərin simalarını böyük formatda göstəririrk. Bəli, gördüymüz kimi, Cənub-Şəqri Asiya xalqlarından birinin nümayəndələridilər.

Bəs, cənub-şərqi asiyalı Xankəndidə niyə soğan yarışmasına qoşulsun ki? Axı, burada səfalət içində yaşayan erməni olmalı idi. Çox sadə. Foto Azərbaycana aid deyil. Özü də 3 il öncə çəkilib.

Fakt 8. Bu 2 fotoya diqqət edək. Növbəti dəfə boş vitrinli soyuducular nümayiş olunur. Bir əcnəbinin gözü ilə baxsaq xeyli “kədərli” fotodur.

Amma… gəlin texnikanın köməyi ilə fotoya geniş obyektivdən baxaq. Hər iki soyuducunun qarşısındakı rəflərə düzülmüş ərzaqların şüşədə əksinə diqqət yetirin.

Fakt 9. MDB ölkələrindən başqa dünyanın heç bir ölkəsində siqaretin “dənə-dənə” satışı yoxdur. Bu fotoda satıcı müştəriyə siqaret verir. Satıcının əlində olan siqaret “Capitan Black”dir. Siqaret çəkənlər bilirlər ki, bu siqaret növündə qətran yüksəkdir deyə, daimi istifadə orqanizm üçün təhlükəlidir. Ümumiyyətlə siqaret sağlamlıq üçün təhlükəlidir, amma bu növ daha ağır fəsadlar verir. O səbəbdən hərdənbir dənə-dənə çəkilməsinə üstünlük verənlər tapılır. Ermənilər isə bu məqamdan “artıq mazağalarda siqaret məmulatları da tapılmır” təbliğatı üçün istifadə edirlər.

Fakt 10. Boş piştaxtaların əks olunduğu bu fotolarda isə günün müəyyən vaxtlarında mağazaların durumu nümayiş olunur. Bəzi şəkillərin səhər saatlarında (hələ satıcılar işə başlamayıblar), bəziləri isə axşam saatlarında (satıcılar işlərini yekunlaşdırıblar) çəkildiyi görünür. Qeyd edək ki, bütün fotolar günəş şüası, mağazaların işıqlarının yanması, kölgələrin quruluşu və günəşin düşmə bucağı əsasında müəyyən olunub.

Fakt 11. Bu fotolarda isə Yeni il gecəsi kasıb, ac və blokadada boğulan ermənilərin necə “əziyyət çəkdikləri” əks olunub.

Fakt 12. Bu fotolarda qaranlığa “qərq olunmuş” Xankəndi sakinlərini görürük.

Bayaqdan söhbət açdığımız fotoqraf Marut Vanyanın növbəti “hədiyyəsinə” və düşüncəsinə diqqət yetirək. Bir qrup insanın küçədə şam işığına yığışdıqlarını çəkib göstərir.

Amma bu paylaşımdan sonra ona verilən yüzlərlə “küçə lampaları və işıqları yandığı halda bunlar niyə şam işığına yığışblar” sualına cavab tapa bilməyib.

Beləliklə, erməni təbliğatçılarının “blokada” şəraitində yaşayan Xankəndi ermənilərinin ağır durumu” haqda saxta xəbər istehsalını növbəti dəfə ifşa etdik.


GUNDEMXEBER.AZ





  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Xankəndidə aclıq başladı

    Xankəndidə aclıq başladı ...

    5-10-2020, 10:56

  • 
  •  “Paşinyan, Azərbaycan əsgəri Xankəndidə alış-veriş edir, xəbərin var?” - Erməni “müşavir”

     “Paşinyan, Azərbaycan əsgəri Xankəndidə ...

    4-12-2020, 13:21

  • 
  • Ermənilər Xankəndidə bakılı nankora heykəl qoyur

    Ermənilər Xankəndidə bakılı nankora heykəl qoyur ...

    28-06-2018, 12:52

  • 
  • Xankəndidə ATIŞMA: Erməni general-mayor saxlanıldı

    Xankəndidə ATIŞMA: Erməni general-mayor saxlanıldı ...

    11-05-2022, 13:14

  • 
  • Ermənilərin Qarabağdakı muzdlu döyüşçüləri - VİDEO

    Ermənilərin Qarabağdakı muzdlu döyüşçüləri - VİDEO ...

    2-05-2016, 12:51


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (489)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu