Gundemxeber.az » Ölkə » Bölgə » Azərbaycanın xaricdəki səfirliklərilə baş vermiş insidentlər
Turan İnformasiya Agentliyi Azərbaycanın xaricdəki diplomatik missiyaları ilə bağlı insidentlərin xronikasını tərtib edib.
4 avqust 2022-ci il – «The Mahdi Servants Union» radikal dini qruplaşmasının üzvləri Azərbaycanın Londondakı səfirliyinin binasına hücum edərək qırğın törədiblər16 sentyabr 2022-ci il- təcavüzkar erməni qrup Azərbaycanın Livanın paytaxtı Beyrutdakı səfirliyinə hücum edib. Kütlə səfirliyin binasına girməyə cəhd edib, ancaq təhlükəsizlik qüvvələri tərəfindən durdurulub.
18 sentyabr 2022-ci- erməni radikallar Azərbaycanın Parisdəki səfirliyinə hücum ediblər. Onların binaya giriş cəhdinin qarşısı alınıb.
2022-ci il oktyabrın 10-dan 11-nə keçən gecə Azərbaycan Respublikasının Vaşinqtondakı səfirliyinin xidməti avtomobili atəşə tutulub. Xəsarət alan olmayıb.
30 yanvar 2011-ci il – Azərbaycanın Misirdəki səfirliyinin əməkdaşı Nicat Qocayev Qahirədə kütləvi iğtişaşlar zamanı həlak olub.
30 avqust 2001-ci il – Azərbaycanın İrandakı səfirliyinin iki attaşesi Rza İbrahimov və Cəbrayıl Xanlarovun, eləcə də AzərTAc Dövlət İnformasiya Agentliyinin xüsusi müxbiri Üzeyir Kərimovun olduğu avtomobil Rəşt-Ənzəli avtomobil magistralında körpüdən çaya düşüb. Hər üç sərnişin, eləcə də avtomobilin sürücüsü, İran vətəndaşı həlak olub.
GUNDEMXEBER.AZ
22-09-2016, 13:02
10-03-2018, 11:53
21-08-2017, 18:27
18-09-2018, 13:52
20-06-2017, 13:00
Sorğu
Yeni dizaynımız necədir?