GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bölgə » Neftçalada narazılıq pik həddə: sabiq icra başçısı Mirhəsən Seyidova dərs keçdi – “Sənin 1 yaşın vardı…”

Neftçalada narazılıq pik həddə: sabiq icra başçısı Mirhəsən Seyidova dərs keçdi – “Sənin 1 yaşın vardı…”

Tarix: 28-01-2023, 13:41 Bölmə :Bölgə Baxış: 298


Neftçala İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılanılıb həbs edildikdən sonra cənab Prezident İlham Əliyev tərəfindən rayona yeni icra başçısı, Mirhəsən Seyidovu təyin etdi.


Mirhəsən Seyidov yeni seçiləndə Neftçala sakinlərinin gözləntiləri tamam fərqli idi. Hərkəs İsmayıl Vəliyevin çəkdirdiyi əziyyətlərdən qurtulduğunu və yeni icra başçısını həm prezidentimizin həm də onların etimadını doğruldacağına inanırıdı. Amma çox təəssüf ki, belə olmadı.

ölkə başçısı İlham Əliyev 3 il öncə İsmayıllı və Neftçala rayonlarının icra başçılarını qəbul edərkən onlara bir sıra tövsiyyələr etmişdi. Konkret olaraq ən gənc başçı olaraq təyinat alan Mirhəsən Seyidova xüsusi tövsiyyələr etmişdi. İndi Neftçala sakinlərinin ümumi fikrini belə ifadə etmək olar: “Cənab Ali Baş Komandan Mirhəsən Seyidov bir əsgəriniz, xalqın bir xidmətçisi olaraq, Sizin etimadınızı doğrultmadı”.

M.Seyidovun bir rayona rəhbərlik edə bilməməsi tək sadə insanları deyil Neftçalanın tanınmış simalarını, rayonda böyük nüfuz sahibi olan şəxslərdə də ciddi narazılıq yaradıb. Milli azadlıq hərəkatının Neftçalada liderlərindən biri, 1992-93-cü illərdə Neftçala rayon İcra başçısı olmuş Fərman Hüseynovun fikirləri bu baxımdan maraq doğurur. 90-cı ilin yanvarın 25-də sovet ordusunun Neftçalada törətdiyi qətliam zamanı işğalçılara qarşı mübarizədə meydanda olan və yaralanan F. Hüseynov facebook sosial şəbəkəsində icra başçısının məhz həmin hadisələrlə bağlı laqeydliyi haqda yazısını Gundemxeber,az olaraq anaxeber.infoya istinada oxuculara təqdim edirik: “Bu gün Neftçala İcra hakimiyyətini idarə edən kəslər anlamırlar ki, Neftçala qətliamına bənzər hadisə bir Bakıda, bir də Neftçalada və Lənkəranda baş verib. Bu tarix ayrıca qeyd edilməlidir. Bu gün İcra başçısı özünə borc bilməlidir, məhz bu gün də abidə önünə gəlib ziyarət etsin. Çünki bu qanı tökulən qəhrəmanlar o tarixi yazanda başçı Mirhəsən Seyidovun 1 yaşı vardı, onun kimi kef məclislərində həyat sürməmişdilər. Cənab başçı hətta özünə rəva bilmədi ki, həmən günü yanvar qazilərini otağına dəvət edib onlara Allahın salamını versin. Cənab başçı hələ də anlamır ki, o bu qəhrəman qazilərin, şəhid ailələrinin əlinə su tökməyə layiq deyil.

Bu ötən 33 ildə bütün icra başçıları biz qaziləri, şəhid ailələrini ehtiramla qəbul ediblər, otaqlarında çay stolunda yarım saat belə olsa o günləri xatırlayıblar. Yalnız Mirhəsən Seyidov başçı gələndən sonra 20 yanvarçılara , bu təşkilat rəhbərinə qarşı gizli müharibə aparıb. Cənab Mirhəsən Seyidov biz qazilərin rayonda keçirilən vətənpərvərlik tədbirlərində iştirakımıza qadağa qoya bilər, ancaq o anlamır ki, biz qəhrəmanlıq tarixini yazanların övladları da 44 günlük müharibədə savaşıb bizləri Zəfərə qovuşduranlardır. Bu sayğısız, qanacaqslz davranlşlara son qoymağı məsləhət görərdim. Bir gün polis rəisi ilə intriqa aparan, özünün 1-ci müavininə düşmənçilik edən, YAP Neftçala rayon təşkilatının sədrinə maşın nömrəsi üstündə müharibə elan edən, savadı, təşkilatçılığı ilə çoxuna örnək olan Heydər Əliyev Mərkəzinin direktoru, neçə beynəlxalq tədbirlər təşkil edib Neftçalaya nüfuz gətirən Könül Məmmədovaya qarşı haqsız sayğısızlıq etməklə , rayon idarəçiliyini özündən əvvəlki həbs olunan icra başçısının fəaliyyətinə qaytarmaqla hegemonluq edə bilər. Ancaq bizi kimsələrə bənzətməsin. Cənab Prezidentin onu Neftçalaya başçl göndərəndə 10 milyonluq xalqın qarşısında ekrandan söylədiyi “böyük-kiçik yerini bil” tövsiyyəsini unutmasın. Bizdən xatırlatmaqdır”.

Yeri gəlmişkən, rayondan daxil olan məlumata görə, rayon icra hakimiyyətinin bir neçə strukturu əsl korrupsiya bataqlığınddadır. Məsələn, Neftçala rayon İcra Hakimiyyəti Başçısı Aparatının digər bir dövlət qulluqçusu, memarlıq və tikinti şöbəsinin aparıcı məsləhətçisi (mühəndis) olan Elton Əsgərov da elə öz kolleqalarından geri qalmır.Belə ki, Elton Əsgərov sahibkarlara hədə-qorxu gələrək guya ki onların tikdiyi tikililərin qanunsuz olduğunu bildirərək sökdürəcəyini iddia edir. Çarəsiz durumda qalan sahibkarlar min-bir əziyyətlə tikdirdiyi obyektlərinin sökülməyini gözə ala bilmir. Məcbur qalıb Elton Əsgərova rüşvət verir. Bu rüşvətləri bəh-bəhlə götürən Elton Əsgərov, Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs olunan əvvəlki memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyevin aqibətini niyə yaddan çıxarıb ?

Mənzil Kommunal Təsərrüfatı İdarəsinin fəaliyyət dairəsi kifayət qədər genişdir. Bura yol çəkilişi, məktəb və uşaq bağçaları, eləcə də, digər sosial obyektlərin tikintisi və təmiri daxildir. Ümumiyyətlə, mənzil kommunal təsərrüfatı sahəsinə Prezidentimiz cənab İlham Əliyev tərəfindən büdcədən kifayət qədər böyük həcmdə vəsait ayrılır.

Neftçala Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi olan Mehdi Miriyev nazir deyil, komitə sədri deyil, hətta icra başçısı da deyil, departament rəisidir. Məlum məsələdir ki, ona aid olan bu qədər sərvət nə hesabına əldə olunub. Mehdi Miriyev Neftçala Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyin “qohumluq imperiyası” qurub. Belə ki artıq təqaüd yaşına çatmış şəxsləri çıxarıb onları yeni işçilərlə əvəz etmək əvəzinə, heç bir kadr dəyişikliyi etmir. Belə ki adı siyahıda olan şəxslər var ki hansı ki onlar işləmir və həmin şəxslərin kartlarını cibində saxlayır aylıq onların maaşıını özü mənimsəyir. 150 nəfərlik işçi heyətinin siyahıda adının olmasına baxmayaraq, üst-üstə toplasan qurumda heç 70 nəfər yoxdur.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Həbs olunan icra başçısının köməkçisi dünyasını dəyişdi

    Həbs olunan icra başçısının köməkçisi dünyasını ...

    23-02-2021, 12:23

  • 
  • Prezident İlham Əliyev yeni icra başçılarını qəbul etdi

    Prezident İlham Əliyev yeni icra başçılarını ...

    5-03-2020, 15:30

  • 
  • Gənc başçı camaatı müdafiə etdi, amma QANUNLARI POZDU... - Neftçalada NƏ BAŞ VERİR?

    Gənc başçı camaatı müdafiə etdi, amma QANUNLARI ...

    8-04-2021, 13:05

  • 
  • Təzə başçı yaman "fərasətli" çıxıb... - Camaat nə hayda, bu nə hayda...

    Təzə başçı yaman "fərasətli" çıxıb... - ...

    20-07-2020, 11:25

  • 
  • İlham Əliyev Neftçalada həbs olunan baş həkimin sərvətindən danışdı

    İlham Əliyev Neftçalada həbs olunan baş həkimin ...

    5-03-2020, 19:53


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu