GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Təzə başçı yaman "fərasətli" çıxıb... - Camaat nə hayda, bu nə hayda...

Təzə başçı yaman "fərasətli" çıxıb... - Camaat nə hayda, bu nə hayda...

Tarix: 20-07-2020, 11:25 Bölmə :GündəmXəbər / Manşet Baxış: 536
 Təzə başçı yaman "fərasətli" çıxıb... - Camaat nə hayda, bu nə hayda...


Gundemxeber.az bildirir ki, ikinci dərəcəli Qarabağ əlili, keçmiş hərbiçi Rəşad Rəhimovun pia.az-a yazdığı məktubda qeyd edir ki, ən gənc icra başçısı olaraq Mirhəsən Seyidov özü bir nümunə olmalı və Tovuzda döyüşlərin başladığı ilk gündə ordu sıralarına yazılmalı idı. Lakin bunun əvəzinə onun öz mənfəətini güdməsi və etdiyi hərəkətlər sadəcə təəssüf hissi doğurur…

Artıq bir neçə aydır ki, Neftçalada vəziyyət günü-gündən pisləşir. Bir tərəfdən susuzluq, digər tərəfdən pandemiyanın yaratdığı çoxlu narahatlıqlar və problemlər və son günlər yaşaşan müharibə həyəcanı… Neftçala əhalisi son bir neçə ayda doğrudan da fövqəladə vəziyyət şəraitində yaşamaqdadır. Hər şeydən əvvəl Kürün suyunun kəskin azalması nəticəsində Xəzər dənizinin suyunun çayın mənsəbinə girməsi neftçalalıların bütün sahələrdə vəziyyətini çox ağırlaşdırıb. İstər əhalinin və heyvan-qaranın, istərsə də əkinlərin su ilə təminatında böyük problemlər yaşanmaqdadır.

Bəs Neftçala əhalisinin fövqəladə vəziyyətdə yaşadığı bu günlərdə Neftçalnının gənc başçısı da fövqəladə vəziyyətdə yaşayırmı? Çox təəssüflə qeyd etməliyik ki, yaşamır. Bütün hallarda Neftçaladan gələn xəbərlər bunu təsdiqləyir. Prezidentin tövsiyyələrinə baxmayaraq Neftçalanın gənc icra başçısı öz səfasının dalınca qaçır və xalqın cəfasını qətiyyən paylaşmır…

Qeyd edək ki, iyulun 15-də Neftçalanın icra başçısı Murhəsən Seyidovun Prezident tərəfindən neftçalalılara xidmət etmək üçün vəzifələndirilməsindən 100 gün keçdi. Bəs bu müddət ərzində neftçalalılar üçün nəyinsə dəyişdiyini, hansısa sahədə neftçalalılar üçün yüngüllüyün yarandığını demək olarmı? Neftçalalıların dediyinə görə yox. Neftçalalılar iddia edirlər ki, yeni gənc başçı ümumiyyətlə davranışları ilə belə, hazırda həbsdə olan sabiq başçı İsmayıl Vəliyevdən heç nə ilə fərqlənmir.

Xatırladaq ki, ölkə başçısı İlham Əliyev martın 5-də yeni təyin etdiyi İsmayıllı və Neftçala rayonlarının icra başçılarını qəbul edərkən onlara bir sıra tövsiyyələr etmişdi. Konkret olaraq ən gənc başçı olaraq təyinat alan Mirhəsən Seyidova isə aşağıdakı tövsiyyələri etmişdi:

“Biz gənclərə yol açmalıyıq, meydan verməliyik, yeni təfəkkürlü insanlar önəmli vəzifələrə təyin edilməlidirlər. Biz köhnə psixologiyanı bu yollarla qıra bilərik. Cəmiyyətimizi sarsıdan xoşagəlməz hallara ancaq bu yollarla son qoya bilərik. Ona görə rəhbərlik edəcəyiniz rayonlarda işlər sizin fəaliyyətinizdən asılı olacaq”.

Daha sonra isə prezident yeni başçıları işlərinə məsuliyyətlə yanaşmağa, həbs olunan icra başçılarının səhvlərini təkrar etməməyə və onlara göstərilən etimadı doğrultmağa çağırmışdı. Preziden xalqın və dövlətin qarşısında onlara göstərilən etimadı doğrultmağı xüsusi olaraq vurğulamışdı:

“Əgər sizə göstərilən böyük etimadı bütövlükdə doğrultmasanız, bu eyni zamanda cəmiyyətdə də məyusluq yaradacaq. Deyəcəklər ki, yeni insanlar gəldi, gənclərdir, yeni təfəkkürlə, yeni yanaşma ilə, amma eyni yolla gedirlər. Ona görə bir daha sizə ciddi tapşırıram ki, əsas vəzifəniz bütün işləri düzgün qurmaq və xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaqdır”.

Və bu gün neftçalalılar açıq şəkildə deyir ki, prezidentin böyük etimad göstərdiyi Mirhəsən Seyidov sələfi İsmayıl Vəliyevin getdiyi yolla gedərək bu etimadı doğrultmayıb. Elə Mirhəsən Seyidovun iş prinsipi və davranışları da bunu deməyə əsas verir.

İsmayıl Vəliyev kimi gününün çox hissəssini restoranlarda keçirən yeni icra başçısının da ilk işi özünə biznes yaratmaq olub. (İsmayıl Vəliyevin ilk işi Neftçalada yeni bazar və restoran inşa etmək olmuşdu.) Belə ki, ikinci dərəcəli Qarabağ əlili, keçmiş hərbiçi Rəşad Rəhimovun PİA.az-a yazdığı məktubda qeyd edilir ki, 100 gün müddətində Neftçalada daşı daşın üstünə qoymayan, təhsil və səhiyyədəki dözülməz vəziyyəti sağlamlaşdırmaq üçün heç bir addım atmayan Mirhəsən Seyidov dəniz sahilində, xalq arasında “Müşviq” deyilən, Neftçalanın Şirvanlı kəndində İstirahət Mərkəzi tikdirir.

Tikinti yeni başlamasına rəğmən icra başçısı hazırda başlayan çimərlik sezonunu nəzərə alaraq, dəniz sahilində yüzdən artıq “besetka” hazırlatdırıb və istifadəyə verib. Besetkaların birini isə çimərliyə gələnlərə 20 manata verir. Bu işləri və İstirahət Mərkəzinin əsas binasının yeni başladılan tikintisini icra başçısının Bakıdan özü ilə gətirdiyi Rüstəm adlı yaxın qohumu idarə edir. (Təsadüfdənmi, yoxsa qədərdənmi, İsmayıl Vəliyev də Neftçalaya gələndə özü ilə Rüstəm adlı dostunu gətirmişdi.)

Başçının qohumu Rüstəmin yardımçısı isə Neftçala rayon İcra Hakimiyyətini Ərazi idarəetmə şöbəsinin müdüri Elşən Əmirovdur. Keçmiş hərbiçi Rəşad Rəhimov bildirir ki, Elşən Əmirovun adı DTX-nın apardığı cinayət araşdırmasında keçir və buna baxmayaraq Mirhəsən Seyidovun ona böyük etimad göstərir.

Xalqın çoxsaylı problemlərindən heç birini həll eləmədiyi halda yeni başçının özünə dəniz sahilində İstirahət Mərkəzi inşa etməsinə qarşı keçmiş döyüşçü, Qarabağ əlili Rəşad Rəhimov qəzəbini PİA.az-a belə ifadə edib:

“Neftçala əhalisi çox ağır günlər keçirir. Əhalinin sususz qaldığı bu günlərdə hamımız Tovuz döyüşlərinin şokunu yaşamaqdayıq. Bu ağır günlərdə biz icra başçısının hər hansı bir vətənpərvər və xalqa nümunə olacaq addım atmasının şahidi olmadıq. Bunun yerinə bu ağır günlərdə Mirhəsən Seyidov özü üçün dəniz sahilində İstirahət Mərkəzi inşa etdirir. İcra başçısını susuz qalan qəsəbələr, kəndlər, rayon mərkəzi, əkin sahələri narahat etmir. Tovuzda, Azərbaycan-Ermənistan sərhədində qəhrəmanlıqla şəhid düşən əsgərlərimiz də icra başçısı üçün əhəmiyyət kəsb eləmir. Bu ağır günləırdə başçını təzə inşa eləçməyə başladığı İstirahət Mərkəzi və ordakı “besetka”lardan əldə olunan gəlir daha çox maraqlandıdır. Biz bir qrup Qarabağ döyüşçüləri başçının bu davranışını şiddətlə qınayırıq. Və burdan üzümüzü Ali Baş Komandanımıza tutub deyirik: Cənab Ali Baş Komandan Mirhəsən Seyidov bir əsgəriniz, xalqın bir xidmətçisi olaraq Sizin etimadınızı doğrultmadı. O sizin tapşıırıqlarınızı həyata keçirmək üçün bu günə qədər heç bir addım atmayıb və belə görünür ki, atmayacaq da”.

Keçmiş döyüşçü bildirib ki, ən gənc icra başçısı olaraq Mirhəsən Seyidov özü bir nümunə olmalıydı və Tovuzda döyüşlərin başladığı ilk gündə ordu sıralarına yazılmalı idı. Lakin bunun əvəzinə onun öz mənfəətini güdməsi və etdiyi hərəkətlər sadəcə təəssüf hissi doğurur.

Maraqlıdır ki, Şirvanlı kəndində tikilən İstirahət Mərkəzi ilə bağlı məlumatlı olan ikinci mənbədən əldə etdiyimiz məlumata görə hazırda dəniz sahilində aparılan tikinti işləri qanunsuz aparılır. Belə ki, İstirahət Mərkəzi üçün müvafiq qurumlar hələ ki, torpaq sahəsi ayırmadığı kimi, Neftçala rayon İcra Hakimiyyəti də tikinti üçün icazə verməyib?!

Bundan başqa hazırda dəniz sahilində fəaliyyət göstərən “besetka”lar da qanunsuz və qeydiyyatsız fəaliyyət göstərir və Mirhəsən Seyidov burdan əldə etdiyi gəlirlərdən dövlətə vergi ödəmir.

Bütün iddilarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gənc başçı Neftçalanı "köhnə üsullarla" idarə edəcək... - Görünəni budur...

    Gənc başçı Neftçalanı "köhnə üsullarla" ...

    13-04-2020, 15:56

  • 
  • İsmayıl Vəliyev Neftçalanın dizlərini necə bükür... - İTTİHAM

    İsmayıl Vəliyev Neftçalanın dizlərini necə ...

    6-03-2019, 13:58

  • 
  • Neftçalanın min dərdi var idi, biri də üstünə gəlib - Qaragünlü neft rayonu

    Neftçalanın min dərdi var idi, biri də üstünə ...

    6-07-2020, 12:56

  • 
  • Bakıda fövqəladə vəziyyət həyəcanı

    Bakıda fövqəladə vəziyyət həyəcanı ...

    14-12-2012, 19:37

  • 
  • Yenə intihar həyəcanı: gənc körpüyə çıxıb - FOTOLAR

    Yenə intihar həyəcanı: gənc körpüyə çıxıb - ...

    28-11-2014, 23:24


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (153)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu