Gundemxeber.az » Ölkə » Bölgə » Beynəlxalq səyahətçilər Şuşaya yollanıb
Beynəlxalq səyyahlar Şuşaya səfər edib.
12 ölkə – ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya, Rusiyadan olan 30 nəfərlik heyət Şuşa şəhəri ilə tanış olmağa başlayıbQeyd edək ki, bu gün beynəlxalq səyyahlar heyətinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. Onlar bu gün səhər Füzuli rayonuna səfər edib, Füzuli Beynəlxalq Hava Limanında olublar.
Daha sonra səyyahlar işğaldan azad olunmuş Xocavənd rayonuna gəlib, tarixi Azıx mağarası ilə tanış olublar.
Heyət üzvləri 3 gün ərzində Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə hərəkət edəcəklər.
Bu səfər bir daha azad edilmiş ərazilərdəki dağıntılara, burada aparılan quruculuq-bərpa, minatəmizləmə işlərinə beynəlxalq səyahətçilərin marağının xeyli artdığını nümayiş etdirir.
Dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin – ETIC, MTP, TCC, NomadMania və əksəriyyəti bu klubların üzvləri olan türklərin birləşdiyi Türkiyə Gəzginlər Klubunun geniş tərkibdə heyətlərinin ötən 2 ildə 5 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri gerçəkləşib. Onlardan 1-i 2021-ci ildə, 4-ü 2022-ci ildə olub.
Bu isə prosesin davamı olmaqla, beynəlxalq səyahətçilərin qrup şəklində azad edilmiş ərazilərə sayca 6-cı səfəridir. Qrupda hərb tarixi ilə yaxından maraqlanan səyyahlar, o cümlədən səyahətlər üzrə kitabları ilə tanınan müəlliflər yer alır.
Əvvəlki səfərlərdə olduğu kimi, bu dəfə də beynəlxalq səyahətçilərin azad edilmiş ərazilərə səfərində dünya miqyaslı azərbaycanlı səyyah Mehrac Mahmudov onlara bələdçilik edir.
Gundemxeber.az
14-10-2020, 23:15
16-11-2020, 11:41
1-03-2022, 12:35
12-03-2017, 23:59
16-11-2020, 11:00
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?