Neftçala İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılanılıb həbs edildikdən sonra cənab Prezident İlham Əliyev tərəfindən rayona yeni icra başçısı, Mirhəsən Seyidovu təyin etdi. Mirhəsən Seyidov yeni seçiləndə Neftçala sakinlərinin gözləntiləri tamam fərqli idi. Hərkəs İsmayıl Vəliyevin çəkdirdiyi əziyyətlərdən qurtulduğunu və yeni icra başçısını həm prezidentimizin həm də onların etimadını doğruldacağına inanırıdı. Amma çox təəssüf ki, belə olmadı. M.Seyidovun bir yarıtmaz idarəçiliyi tək sadə insanları deyil, rayonda vəzifə tutan şəxslərdə də ciddi narazılıq yaradıb. Rayonun tanınmış ziyalılarından biri gənc icra baçısının idarəçiliyini reportyor.info-ya “Bir gün polis rəisi ilə intriqa aparan, özünün 1-ci müavininə düşmənçilik edən, YAP Neftçala rayon təşkilatının sədrinə maşın nömrəsi üstündə müharibə elan edən, savadı, təşkilatçılığı ilə çoxuna örnək olan Heydər Əliyev Mərkəzinin direktoru, neçə beynəlxalq tədbirlər təşkil edib Neftçalaya nüfuz gətirən Könül Məmmədovaya qarşı haqsız sayğısızlıq etməklə , rayon idarəçiliyini özündən əvvəlki həbs olunan icra başçısının fəaliyyətinə qaytarmaqla hegemonluq etməsi” kimi xarakterizə edib. Rayondan reportyor.info-ya daxil olan son məlumat isə daha ilgincdir. Mənbənin bildirdiyinə görə hegemonluğunu qanunların üstündə sayan Neftçala rayon İcra başçısı iki gün öncə İcra Hakimiyyətinin işçilərinin fəaliyyətindən ciddi narazılıq edib və onların gecə 12dək işdə qalmalarını əmr edib. Əvvəl bu ağlasığmaz göstərişi ötəri sayan işçilər sonradan M.Seyidovun qərarında ciddi olduğunu görüblər. İş o həddə çatıb ki, icra hakimiyyətinin baş məsləhətçisi Nağıyeva Gövhər Fazil qızının halı pisləşib və gecə saat 23:15-də icra hakimiyyətinə təcili yardım çağrılıb. Yalnız bundan sonra işçilər evlərinə gedə biliblər. Bir çoxları üçün maraqlı görünə biləcək bu olayın, yəni gənc icra başçısının özünü firon kimi aparmasının siyasi psixoloji tərəflərini düşünərkən onun Ramiz Mehdiyevin yetirməsi olduğunu və təqdim etdiyimiz fotoda göründüyü kimi Naxçıvan “xanı” Vasif Talıbova rəğbətini diqqətə almaq lazımdır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?