Yerli ziyalılar adından Gəncə Dövlət Universitetinin kafedra müdiri, texnika elmləri doktoru Elçin Cavadov fəaliyyət göstərdiyi Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramovu özəl günü münasibətilə təbrik edib.
Təbrik də deyilir:
"26 mart - hər zaman rəhbərlik etdiyi şəhərin vətəndaşının yanında olan, onun çətinlikləri və problemlərini diqqət mərkəzində saxlayan, xüsusilə yardım və köməkliyini əsirgəməyən sadə və səmimi insan, Dövlətini, Millətini və Ali Baş Komandanını sevən rəhbər, Qarabağ qazisi, dəyərli insan Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Niyazi Bayramovun ad günüdür. Niyazi müəllim ən çətin zamanlarda belə təmkinini qoruya bilən adamdır, dövlət məmuru üçün tələb olunan bütün keyfiyyətlər onda var. Gəncə sakinləri onu sevir, böyük hörmət və ehtiramla yanaşırlar, çünki Niyazi müəllim qarşısındakı insanları dinləməyi bacarır, onların problemini öz problemi sayır, bacardığı qədər bu insanlara köməklik edir. Niyazi Bayramov Gəncəyə başçı təyin edilən gündən şəhərdə sakitlik yarandı. İnsanlar indi tam sərbəstdir, heç bir sahibkar incidilmir. Hamı öz işi gücü ilə məşğuldur.
Cənab Başcı, Sizi təbrik edirəm, Allahdan Sizə möhkəm can sağlığı, firavan həyat, ailə xoşbəxtliyi, cətin və şərəfli işinizdə uğurlar arzulayıram.
Sorğu
Yeni dizaynımız necədir?