GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bölgə » ULU NAXÇIVANIN QEYRƏT TƏCƏSSÜMÜ

ULU NAXÇIVANIN QEYRƏT TƏCƏSSÜMÜ

Tarix: 11-04-2023, 09:28 Bölmə :Bölgə Baxış: 223

Bu vətənin hər qarışını canımı qurban edəcək qədər sevirəm. Hər kəndi, hər şəhəri, dağı, aranı, yaylağı mənim üçün cənnətdir Azərbaycan adlı bu məmləkətin. Bir də bu məmləkətin bir Naxçıvanı var ki, sanki anadan ayrı düşən bir baladır. Mən o diyarı bir ana sevgisi ilə, bala bağlılığı ilə sevirəm. 

    Heç görmədən sevdalanmışdım Naxçıvan adlı diyara. Sevgim şəhidlərimin vətən sevgisi qədər pak, təmiz idi. Elə şəhidlərimin sayəsində də ulu torpağı xəyalən qarış-qarış gəzmişdim. Ən böyük arzum idi o torpaqda şəhid adını elə şəhid adına layiq şəkildə anım. Çox şükür 4 aprel 2023-cü ildə o arzuma çatdım. İllərlə xəyalımda canlandırıb göz yaşı tökdüyüm həmin tədbir real oldu. Bu dəfə xəyaldan ayıldım deyə yox şəhid ailələrini bağrıma basarkən göz yaşlarıma hakim ola bilmədim. Yüzlərlə ürək eyni anda şəhid sevgisi, şəhid həsrəti ilə döyünürdü. Naxçıvan torpağında şəhid adına keçirilən ilk böyük tədbiri keçirməyin qürurunu yaşamaq yaşadığım ən gözəl duyğulardan idi. Bu aylarla çəkilən zəhmətin bəhrəsi idi. Toğrul Məmmədovun adına layiq bir kitab ərsəyə gətirmək qədər o kitabı təqdim etmək də çətin və məsuliyyətli idi. Artıq üçüncü təqdimat mərasimi idi ki "QEYRƏT TƏCƏSSÜMÜ" oxuculara təqdim olunurdu. Digər iki tədbirdə olduğu kimi "Bacardıq" deyə bilmək üçün hər vəchlə çalışdıq. Şəhid qardaşı Üzeyir Məmmədov Naxçıvanda, mən Bakıda olsaq da məsafələr görüləcək işlərimizə əngəl ola bilmədi. Nəhayət ki, o möhtəşəm gün çatdı. 


     Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəliyinin dəstəyi ilə Naxçıvan Dövlət Milli Dram Teatrında keçirilən tədbirdə sözün əsil mənasında qürur ilə kədər tən yaşandı. Əlahiddə Ümumqoşun Ordusunun orkestr heyətinin müşayiətilə şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edildi və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. O an şəhid ailələrinin gözləri bulud kimi boşalıb dolsa da yenə də başları dik idilər. Çünki vətənə qurban olan minlərlə candan biri də onların canlarından ayrılan canlar idi.

    Aprel döyüşlərinin yeddinci ildönümü ərəfəsində keçirilən bu tədbir şəhidlərimizin adlarının əbədiyaşar olmasının bir sübutu idi. Tədbirin aparıcısı, gənc olmasına baxmayaraq istedadı ilə ürəkləri fəth edən Səyyad Məmmədovun adımı çəkdiyi anda ürəyimin döyüntüsü bir qədər də artdı. Asan deyildi o səhnədə çıxış etmək. Yüzlərlə şəhid ailələrinin, hərbçilərin, qazilərin və digər qonaqların qarşısında Ulu Naxçıvan şeirini səsləndirdiyimdə sanki bu ulu torpaqda uyuyan şəhidlərimin ruhlarını yanımda hiss etdim. O alqış sədaları ömrümün sonuna qədər qulaqlarımdan getməyəcək.

    Tədbir dəyərli insanların fikirləri ilə davam etdi. Şəhid qardaşı, kitabın yazılmasında biləvasitə rolu olan Üzeyir Məmmədov çıxışında illərdən sonra şəhid qardaşının adına bu addımı atmağın onun üçün nə qədər önəmli olduğunu dilə gətirdi.


     Şəhid ailələrinin, qazilərin, iştirakı ilə keçirilən tədbirdə Əlahiddə Ümumqoşun Ordu heyəti, icra nümayəndələri, Təhsil Nazirliyinin nümayəndələri, Mədəniyyət Nazirliyinin nümayəndələri, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri, Naxçıvan Dövlət Universitetinin rektoru Elburus İsayev, Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov, Naxçıvan Unversitetinin rektoru Anar Kazımov, Naxçıvan MR Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev, Naxçıvan MR Televiziya və Radio Verlişləri QSC-nin sədri Sahil Tahirli, Gənclər və İdman naziri Ramin Hacı, Naxçıvan Yazıçılar Birliyinin sədri Asim Yadigar və bir çox qonaqlar iştirak etdilər.

       Əlahiddə Ümumqoşun Ordusunun nümayəndəsi, Ağdam Rayon İcra başçısının müavini Xəqani Nəzərov və Toğrul Məmmədovun silahdaşı Xanı dayı, Mayor Məmmədov Rasim Əbdül oğlunun anası Nazilə xanım, kapitan Savalanov Nəcməddin Akif oğlunun anası Ramilə xanım, Hüseynov Raqib Adil oğlunun anası Rəna xanım, Sadiqov Emin Rəşadət oğlunun anası Gülşad xanım, Gülməmmədov Amin Mayis oğlunun atası Mayis müəllim, Quliyev Şahmar Kəmaləddin oğlunun xanımı Gülnarə xanım, Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya, Naxçıvan Muxtar Respublikası Ali Məclisin deputatları Anar İbrahimov, Etimad Məmmədov, Toğrulun ilk müəlliməsi Nazilə müəllim, Heydər Əliyev adına Hərbi Liseydə sinif rəhbəri olan Bəyim müəllimə, Toğrulun uşaqlıq dostları, kursant yoldaşları,"QEYRƏT TƏCƏSSÜMÜ" kitabı haqqında fikirlərini dilə gətirdikcə mənim duyğularım gözlərimdən calanırdı. Bir də şəhid ailələrinin mənə özəl olaraq hazırlatdıqları Naxçıvanın simvolu məni göz yaşlarına qərq etdi. O. Tədbirdə nələr yaşamadın ki? Duyğunun hər rəngini yaşadım. Bəzən gözlərim sevincdən doldu, bəzən isə kədərdən.

     Tədbirdə "QEYRƏT TƏCƏSSÜMÜ" kitabında yer alan "QİSASIM ALINDI" şeirimə Fərid Kərimlinin bəstələdiyi həzin nəğmə Azərbaycan Respublikasının Xalq artisti İlqar Muradov və gənc müğənni Nigar Rəhimovanın ifasında dinlənildi. Son olaraq bir zamanlar Toğrul Məmmədovun təhsil aldığı Babək rayon Şıxmahmud kənd tam orta məktəbinin 2 b sinif şagirdləri və onların sinif müəllimələri Toğrul Məmmədovun bacısı Şəbnəm Məmmədova səhnəyə çıxaraq "QEYRƏT TƏCƏSSÜMÜ" kitabında yer alan şeirləri səsləndirdilər. O körpələrin vətən sevgisi bir anda qəlbimə doldu. Şəhid Toğrulun bacısı Şəbnəm xanım öz duyğularını dilə gətirərək illərdi Toğrul Məmmədovun adının layiq olduğu kimi Azərbaycan xalqı tərəfdən tanınması arzusu ilə yaşadığını və həmin arzuya çatdığını dilə gətirdi. Tədbirin sonunda "VƏTƏN FƏDAİLƏRİ" layihəsinin dəstəkçisi, şəhid Rasim Məmmədovun qardaşı Şahin Məmmədov çıxış edərək "VƏTƏN FƏDAİLƏRİ" layihəsi çərçivəsində görüləcək işlərdən danışdı. 

    Sonda xatirə şəkli çəkilərək unudulmaz anlar əbədiləşdirildi.


ULU NAXÇIVAN 


Vüqarın şəhidlər şəninə təndir,

Şəhidlər qoynunda qönçə bitəndir,

Hər daşın, hər qayan bizə vətəndir,

Səninlə tam olur bu Azərbaycan.

Hüsnünə heyranam Ulu Naxçıvan,


Şəhid anasıtək vüqarlı torpaq,

Şəhid atasıtək məğrur, üzüağ,

Şəhid yarlarının qəlbindəki dağ,

Varlığın təsəlli, varlığın güman

Şəhid məqbərəsi Ulu Naxçıvan.


Sürünüm köksündə mən dizin-dizin,

Kaş qurban olardım yolunda özüm,

Səni vəsf etməyə acizdir sözüm,

Sən nəqş olunduğun mənəvi dünyam 

Ən gözəl əsərdi Ulu Naxçıvan.


Günəş Zəngəzurdan şəfəqin saçır,

Şəhid oğulların köksünü qucur,

Xarıbülbül azad Şuşada açır,

O taydan bu taya yetişir salam,

Ərənlər oylağı Ulu Naxçıvan.


MANYA SƏXAVƏTQIZI

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Körpəsini görmədən şəhid olan atanın ürəkdağlayan YAZIŞMASI

    Körpəsini görmədən şəhid olan atanın ürəkdağlayan ...

    6-04-2016, 21:42

  • 
  • Şəhid Əsgərimizin Qan Donduran Məktubu -Hamını Ağlatdı..

    Şəhid Əsgərimizin Qan Donduran Məktubu -Hamını ...

    7-04-2016, 14:48

  • 
  • Ordumuzun zabiti şəhid oldu

    Ordumuzun zabiti şəhid oldu ...

    27-01-2014, 14:27

  • 
  • İtkin düşən XTQ gizirinin şəhid xəbəri gəldi

    İtkin düşən XTQ gizirinin şəhid xəbəri gəldi ...

    20-02-2021, 12:22

  • 
  • ÖLÜMSÜZLƏŞƏN QƏHRƏMAN

    ÖLÜMSÜZLƏŞƏN QƏHRƏMAN ...

    29-01-2021, 12:09


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu