Tərtər Rayon İcra Hakimiyyəti “Dost” İş Mərkəzinin əməkdaşı (fəhlə) Aydın Şahverdiyevin icra başçısının müavini Abbas Cavadov tərəfindən təhqir edilməsi, ona təpik vurması barədə məsələyə aydınlıq gətirib.
RİH tərəfindən Pravda.az-a verilən açıqlamada qeyd olunub ki, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Aydın Şahverdiyevi icra başçısının birinci müavini Elvin Umudovun və Tərtər Şəhər Kommunal Təsərrüfatı İdarəsinin rəisi Saleh Qəhrəmanovun iştirakı ilə qəbul edib.
“Qəbul zamanı Aydın Şahverdiyev Abbas Cavadovun ona iş yoldaşlarına münasibətinə və gördüyü işə məsuliyyətsiz yanaşması ilə bağlı öz iradını bildirdiyini, onun bu iraddan əsəbiləşərək Abbas Cavadovla mübahisə etdiyini və əsəbi halda ondan Pravda.az-a şikayət etdiyini deyib. Aydın Şahverdiyev hazırda Abbas Cavadovla münasibətinin normal olduğunu, ondan heç bir şikayəti olmadığını bildirib”, - deyə açıqlamada deyilib.
Aydın Şahverdiyev də deyilənləri açıqlamasında təsdiqləyib:
“İcra başçısı məni qəbul etdi, ikiəlli görüşdü, üç dəfə üzr istədi. Bildirdi ki, bu, onun adına ləkədir, Abbas Cavadovu tənbeh edəcək. Dedim ki, müavin özünü idarə edə bilmirsə, getsin dincəlsin. Bizi Abbas Cavadovla heç üz-üzə də gətirmədilər. Bu münasibətin qarşılığında mən də məsələni bağladım”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?