Gundemxeber.az » Ölkə » Bölgə » Biləsuvarda dağıntılar altından çıxarılan şəxslər ana və onun övladıdır -
Biləsuvarda partlayışda dağıntılar altından çıxarılan şəxslərin ana və onun övladı olması məlum olub.
"Report"un Muğan bürosunun məlumatına görə, həmin şəxslər G. Əliyeva və onun oğlu Y. Əliyevdir.
Onlar ağır vəziyyətdə Biləsuvar rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.
Biləsuvarda partlayış baş verən binada axtarış-xilasetmə işləri aparılır.
Hadisə şəhərin H.Əliyev prospektində 5 mərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində olub.
Partlayış nəticəsində binaya ziyan dəyib. İlkin məlumata görə, iki nəfər yaralı xəstəxanaya aparılıb.
Biləsuvarda binada partlayış olub.
Hadisə şəhər ərazisində yerləşən beşmərtəbəli binaların birində qeydə alınıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub.
İlkin məlumata görə, baş verən partlayışda 2 yaralı Biləsuvar rayon Mərkəzi Xəstəxanasına aparılıb. Rayon xəstəxanasının 4 təcili yardım briqadası hadisə yerinə cəlb olunub.
GUNDEMXEBER.AZ
20-11-2018, 10:27
8-09-2014, 11:22
3-04-2016, 13:28
25-01-2021, 19:11
26-01-2021, 09:11
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?