Neftçalada Kür çayında batan yeniyetmələrin adları məlum olub.
“Report”un məlumatına görə, onlar Beşdəli kənd sakinləri - 2007-ci il təvəllüdlü Məlikov Teymur Seymur oğlu, 2007-ci il təvəllüdlü Əhmədov Siyasət Elşad oğlu və 2005-ci il təvəllüdlü Əhmədov Elşən Elşad oğludur.
Qeyd edək ki, hər üç yeniyetmə axşam saatlarında Kür çayında çimərkən boğulub. Onların meyitləri FHN-in dalğıc-xilasediciləri tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
22:04
Neftçala rayonunun Cəngan kəndi ərazisində Kür çayında 3 nəfərin batması ilə əlaqədar aparılan axtarış işləri yekunlaşıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, nazirlik tərəfindən həyata keçirilən çevik və təxirəsalınmaz tədbirlər nəticəsində iyunun 16-da axşam saatlarında batan 3 nəfər yeniyetmənin meyiti dalğıc-xilasedicilər tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
21:28
Bu gün Kür çayında batan üç nəfərdən ikisinin meyiti tapılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, iyunun 16-da axşam saatlarında Kür çayının Neftçala rayonunun Cəngan kəndi ərazisindən keçən hissəsində batan 3 nəfərdən ikisinin meyiti Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Sorğu
Yeni dizaynımız necədir?