Kür çayında batan iki qardaşdan birinin meyiti tapılıb.
Bu gün səhər saatlarında FHN-nin dalğıc-xilasediciləri tərəfindən Salyanın Aşağı Noxudlu kənd sakini, 2003-cü il təvəllüdlü Rəvan Seymur oğlu Sadıqovun meyiti batdığı yerdən 6 kilometr aralıda tapılaraq sudan çıxarılıb.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Hazırda 2006-cı il təvəllüdlü Ramal Sadıqovun meyitinin tapılması istiqamətində axtarışlar davam etdirilir.
Sorğu
Yeni dizaynımız necədir?