Gundemxeber.az » Ölkə » Bölgə » Siyəzəndə dənizdə batan üçüncü yeniyetmənin meyiti tapılıb - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyi (FHN) Siyəzəndə dənizdə batan üçüncü yeniyetmənin meyitinin tapılması ilə əlaqədar olaraq məlumat yayıb.
Bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, ötən gün Siyəzən rayonu, Zarat kəndi yaxınlığında dənizdə ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 30 kilometr aralı, nəzarətsiz ərazidə batmış üçüncü şəxsin, 2006-cı il təvəllüdlü Rəvan Tacıəhməd oğlu Bəşirzadənin meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
16:41
Siyəzəndə dənizdə boğulan 3 yeniyetmədən daha birinin meyiti tapılıb.
Siyəzən rayonu Zarat kənd sakini Mehdi Elgün oğlu Manafovun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Xatırladaq ki, Bakı şəhər sakini 17 yaşlı Nemət Əbdül oğlu Əhmədovun meyiti isə bu gün səhər saatlarında dənizdən çıxarılıb.
Hazırda dənizdə boğulan üçüncü yeniyetmə Zarat kənd sakini Rəvan Hacıəhməd oğlu Bəşirovun axtraışları davam etdirilir.
Qeyd edək ki, iyulun 23-də axşam saatlarında Siyəzənin Zarat kəndi yaxınlığında 3 yeniyetmə dənizdə çimərkən boğulub.
10:04
Siyəzəndə dənizdə batanlardan birinin meyiti tapılıb.
18 yaşlı Nemət Əhmədovun cəsədi Xəzər dənizinin Zarat kəndi sahilində tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, iyulun 23-də FHN-in “112” qaynar telefon xəttinə Siyəzən rayonu, Zarat kəndi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 30 kilometr aralı, nəzarətsiz ərazi) üç nəfərin batması barədə məlumat daxil olub.
Gundemxeber.az
2-08-2015, 17:04
28-06-2018, 12:45
8-08-2018, 11:30
3-09-2017, 21:52
3-04-2018, 12:05
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?