Mingəçevirdə kanalda batan 14 yaşlı oğlanın meyiti tapılıb.
gundemxeber.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Yuxarı Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən aparılan axtarış işləri başa çatıb.
2004-cü il təvəllüdlü Qafarzadə Nicat Azər oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən batdığı ehtimal edilən yerdən 800 m aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Sorğu
Yeni dizaynımız necədir?