GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bölgə » Naxçıvan QHT-ləri beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb

Naxçıvan QHT-ləri beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb

Tarix: 15-08-2023, 00:16 Bölmə :Bölgə Baxış: 237

Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında (NMR) fəaliyyət göstərən qeyri-hökumət təşkilatları (QHT) beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

“Biz - Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən qeyri-hökumət təşkilatları beynəlxalq ictimaiyyətə üz tutaraq bildiririk ki, NMR 30 ildən çoxdur blokada şəraitində yaşayır. Naxçıvan əhalisi 15 ilə yaxın blokadaya görə qazsız qalıb, hətta elektrik enerjisi yox idi. Azərbaycanın əsas hissəsindən gələn enerji xətləri Ermənistan tərəfindən kəsilmişdi. Naxçıvanla Bakı arasında əlaqələr dəmir yolu üzərindən idi və bu da 1992-ci ildə Mehridən gələn son qatar güllə atəşinə tutulduqdan sonra kəsildi.

Beynəlxalq birlik Naxçıvandakı dinc sakinlərin problemlərinin, eyni zamanda blokadanın aradan qaldırılması üçün heç bir addım atmayıb və Ermənistana bu məsələdə heç bir təzyiq etməyib. Niyə bu illər ərzində bizim haqq səsimiz eşidilməyib?

Ermənistan hələ də Naxçıvan əhalisini, yaşayış məntəqələrini müntəzəm atəşə tutur. Əgər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və onun layiqli davamçısı, Prezident İlham Əliyev olmasa idi, Naxçıvan da Qarabağ kimi işğal olunardı.

Ermənistan Sədərəklə bitişik məntəqədə - Arazdəyəndə Espo Konvensiyasının tələblərinə zidd olaraq metallurgiya zavodu inşa edir. Bu, blokadaya məhkum edilmiş Naxçıvan əhalisinə qarşı ekoloji terror siyasətidir. Sözügedən transsərhəd ərazidə Azərbaycan hökumətinin razılığı olmadan, ağır sənaye zavodunun tikilməsi ətraf mühitin, havanın zəhərli tullantılarla çirklənməsinə, ekosistemin pozulmasına səbəb olacaq.

Ermənistan 2020-ci ildə 44 günlük müharibədən sonra imzalanmış 10 noyabr üçtərəfli bəyanatın müddəalarına əməl etmir, Zəngəzur dəhlizinin açılması istiqamətində heç bir tədbir görmür. Biz bu barədə dünya ictimaiyyətinin Ermənistana ardıcıl çağırışlarını, sanksiyalarını gözlədiyimiz bir vaxtda, tam əksi baş verir.

Laçın yolunun guya bağlı olması barədə yalan məlumatlar, böhtanlar əsasında bir-birinin ardınca bəyanat verənlər, Azərbaycan dövlətini əsassız olaraq qınayanlar niyə bir dəfə də olsun Naxçıvanın on illərdir blokadada qalması barədə məsələ qaldırmayıblar? Laçın yolu istiqamətinə gələrək binoklla Azərbaycan tərəfə baxan xarici ölkə səfirləri niyə bir dəfə Naxçıvanın blokadasının aradan qaldırılması barədə söz deməyiblər? Bu qərəzli, riyakar, yanaşma bizi hiddətləndirir. Əgər beynəlxalq aləm bölgədə həqiqi blokada görmək istəyirsə, NMR-ə baxa bilər.

Azərbaycan Respublikası öz sərhədlərinə nəzarət və Ermənistanın təxribatlarının qarşısını almaq məqsədilə “Laçın” sərhəd-buraxılış məntəqəsini yaradılıb. Bu sərhəd-buraxılış məntəqəsi Qarabağın minalanmasının, bölgəyə terrorçu diversiya qruplarının göndərilməsinin qarşısını alır. Dinc insanların ölümünə səbəb olanları necə müdafiə etmək olar? Necə ola bilər ki, Ermənistan başqa dövlətin suveren ərazisindən “dəhliz” istəyir, amma özü suverenliyini bəhanə gətirib bundan imtina edir. “Suverenlik” anlayışı məgər universal deyil? Yoxsa, “suverenlik” anlayışı Ermənistan üçün başqa məna kəsb edir və ya onun üçün əlavə imtiyazdırmı? Əgər belə deyilsə, onda Zəngəzur dəhlizi niyə açılmır? Niyə bu barədə Ermənistana təzyiq yoxdur? Təəssüf ki, bu suallara cavab verilmir.

Biz 30 illik işğaldan sonra torpaqlarını öz gücü ilə azad edən, Ermənistanın tamamilə dağıtdığı, yer üzündən sildiyi ərazilərdə sıfırdan şəhərlər və kəndlər inşa edən, məcburi köçkünləri öz yurdlarına qaytaran Azərbaycana qarşı həyata keçirilən ikili standartlar siyasətini kəskin şəkildə pisləyirik.

30 ildən artıq blokada şəraitində yaşayan Naxçıvan əhalisinin ümidi Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın digər bölgələri ilə quru əlaqəsinin yaradılması, regionda kommunikasiyaların açılmasıdır. Zəngəzur dəhlizi açılmalı, blokada aradan qaldırılmalıdır. Necə ola bilər ki, Azərbaycan hökuməti Qarabağda yaşayan erməni sakinlər üçün Laçın yolu ilə kommunikasiya imkanları yaradır, üstəlik Ağdam-Xankəndi yolunu da təklif edir, ancaq Ermənistan Naxçıvan əhalisinin hətta humanitar əsasda belə Azərbaycanın digər hissəsinə keçməsinə şərait yaratmır. Biz tələb edirik ki, dünya birliyi Ermənistanı Zəngəzur dəhlizi layihəsini icra etməyə məcbur etsin!

Biz tez-tez humanitar əsasda Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Laçın yolu ilə daşımalar həyata keçirdiyini müşahidə edirik. BQXK-ya da çağırış edirik ki, Azərbaycanın əsas hissəsi ilə NMR arasında kommunikasiyanı təmin etsin”.

Müraciəti aşağıdakı şəxslər imzalayıblar:

1. Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin NMR Təşkilatının sədri Məcid Seyidov
2. NMR Ağsaqqallar Şurasının sədri Məmməd Məmmədov
3. NMR Yazıçılar Birliyinin sədri Asim Əliyev
4. NMR Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva
5. NMR Bəstəkarlar Təşkilatının sədri Yaşar Xəlilov
6. NMR Qızıl Aypara Cəmiyyətinin sədri Yaşar Vəliyev
7. NMR Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev
8. NMR Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədri Firudin Süleymanov
9. “Naxçıvan Muxtar Respublikası Çernobıl Əlilləri” İctimai Birliyinin sədri Eyvaz Əsgərov
10. NMR Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov
11. NMR Memarlar Birliyinin sədri Heydər Əhmədov
12. “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Valeh Mahmudov
13. “Gənc Vətənpərvərlər” İctimai Birliyinin sədri Sənan Bədəlov
14. “Estafet” Gənclərin İctimai Birliyinin sədri Xanım İbrahimova
15. “Naxçıvan Gənc Müəllimlər Assosiasiyası” İctimai Birliyinin sədri Gülxanım Orucova.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Naxçıvan MR Ali Məclisinin növbədənkənar sessiyası çağırıldı

    Naxçıvan MR Ali Məclisinin növbədənkənar ...

    28-07-2023, 23:38

  • 
  • Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə hakim təyin edildi

    Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə ...

    13-02-2018, 14:22

  • 
  • Azərbaycanda yeni dövlət qurumu yaradıldı

    Azərbaycanda yeni dövlət qurumu yaradıldı ...

    15-02-2018, 10:30

  • 
  • Vasif Talıbov da parlamenti buraxdı

    Vasif Talıbov da parlamenti buraxdı ...

    9-12-2019, 17:17

  • 
  • Azərbaycan Vanda keçirilən sərgidə Ermənistanın iştirakının qarşısını alıb

    Azərbaycan Vanda keçirilən sərgidə Ermənistanın ...

    30-09-2019, 11:34


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu