Şuşa şəhərində nəqliyyatın hərəkəti minimuma endiriləcək.
Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov "Müasir şəhərsalmada enerji effektivliyinin əhəmiyyəti - Şuşa modeli" panelində çıxışı zamanı bildirib.
"Şuşada demək olar ki, piyada gəzməklə əlçatan məsafədə istənilən nöqtəyə yetişmək mümkündür. Planlaşdırma elədir ki, əlçatan məsafədədir və 15-20 dəqiqə ərzində hər hansı yerə çatmaq mümkündür. Şəhərdə planlaşdırılan yaşayış evləri 3-4 mərtəbəlidir və yaşayış evlərində birinci mərtəbədə yaşayacaq insanlar üçün həyətyanı sahə mövcuddur. Şuşada 196 memarlıq abidəsi mövcuddur. Bütün abidələr qorunub saxlanacaq. Şuşanın xüsusilə müsəlmanlar yaşayan 17 məhəlləsi memarlıq abidələri ilə zəngindir", - deyə İlqar İsbatov vurğulayıb.
Sorğu
Yeni dizaynımız necədir?