Gundemxeber.az » Ölkə » Bölgə » İcra hakimiyyəti sabiq nazirin şirkətindən avtomobil alır – 95.000 manata
Mingəçevir şəhər İcra Hakimiyyəti sifarişçi olduğu növbəti satınalmaya yekun vurub..
İcra Hakimiyyətinin “minik avtomobilinin satınalınması” lotu üzrə keçirdiyi satınalmanın məbləği 95.000 manat təşkil edib.
Satınalmada “İmprotex Motors MMM” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1400064731) qalib elan edilib.
Keçirilən satınalmada müqavilə üzrə İcra Hakimiyyətinin hansı alacağıə avtomobilin markası, buraxılış ili və modeli qeyd edilməyib.
Qeyd edək ki, “İmprotex Motors MMM” MMC 1997-ci ildən fəaliyyət göstərir.
Şirkət 1998-ci ildən BMW-nin, 2006-cı ildən YAMAHA-nın, 2014-cü ildən MINI və ROLS-Royce-nin rəsmi idxalçısıdır.
Şirkətin qanuni təmsilçisi Ələkbərov Füzuli Həsən oğludur.
Füzuli Ələkbərov 2006-2013-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsində çalışıb.
Xatırladaq ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovdur.
O, 2018-ci ildən bu vəzifədə çalışır./qlobal.az/
1-06-2021, 16:56
11-05-2020, 17:41
26-01-2024, 17:46
29-11-2022, 10:22
2-12-2020, 11:41
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?