GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bölgə » Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –NONSES

Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –NONSES

Tarix: 20-09-2024, 17:41 Bölmə :Bölgə Baxış: 237


İki il dalbadal işıqlandırılmasına cəmi 300 000 manata yaxın vəsait xərclənən rayon mərkəzinin “gecəsi ilə gündüzünün fərqi olmamalıdır”...


Ağsu Rayon İcra Hakimiyyətinin başçısının Ağsu şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Ağsu şəhərində 2024-cü ildə aparılacaq işıqlandırma işləri ilə bağlı tenderə yekun vurub. 18.09.2024-cü il tarixdə yekunlaşan müsabiqəyə görə Nümayəndəlik "Topxana Layihə İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) 135 582 manat ödəməli olacaq. Qarışılığında da Ağsu şəhərinin qaranlıq küçələri işıqlanmalıdır…

Bu istiqamətdə Yenixeber.org-a daxil olmuş məlumatlarla bağlı müəyyən araşdırmalar apara bilmişik.

İlk diqqəti çəkən Ağsu Rayon İcra Hakimiyyətinin eyni iş üzrə-küçələrin işıqlandırma işləri ilə bağlı-eyni şirkətlə-"Topxana Layihə İnşaat" MMC ilə ötən il də 154 934 manatlıq müqavilə bağlamasıdır(?) Təkcə bu fakt kifayət qədər ciddi suallar doğurur: Ağsu nə boyda şəhərdir, hansı sayda küçələri var ki, hər il işıqlandırma ilə bağlı dövlətin yüzminləri xərclənsin? Həm də niyə, hər dəfə “Topxana Layihə İnşaat" MMC…? Yoxsa, arada bir “Centlemen razılaşması” var? Və.s.

Ağsudan oxucularımızın Yenixeber.org-a bildirdiklərinə görə son illər bu şəhərin küçələrində işıqlandırma ilə bağlı hansısa bir yenilik görünmür. İki il dalbadal işıqlandırılmasına cəmi 300 000 manata yaxın vəsait xərclənən rayon mərkəzinin bəlli mənada “gecəsi ilə gündüzünün fərqi olmamalıdır”. Nə yazıq ki, gerçəklik kökündən fərqlidir: Hər il dövlətin yüzminləri xərclənən Ağsu şəhərinin küçələri aydınlığa çıxmır ki, çıxmır…

Digər faktor isə Ağsu Rayon İcra Hakimiyyətinin başçısının Ağsu şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin “Topxana Layihə İnşaat" MMC ilə əməkdaşlığına dair Dövlət Satınalmaların Vahid İnternet Portalının “Ətraflı” bölməsində alınacaq malların, görüləcək işlərin hər birinin qiymətinin göstərilməməsidir(?) Baxmayaraq ki, görüləcək işlər və miqdarlar göstərilir…

Biz Yenixeber.org olaraq toxunduğumuz məqamlarla bağlı qarşı tərəf kimi Ağsu şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlikdəndə mövqe öyrənmək istədik. Təəssüf ki, bu istiqamətdəki cəhdlərimiz nəticəsiz oldu…Bizimlə telefon söhbətində mühasib suallarımıza cavab verə bilməyəcəyini və bu haqda Ağsu Rayon İcra Hakimiyyətinin başçısının Ağsu şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi İlham Nurəhmədova məlumat verəcəyini desə də, nəticə olmadı.   

        ***

Digər tərəf - “Topxana Layihə İnşaat" MMC ilə isə əlaqə yaratmaq mümkün olmadı… Maraqlıdır ki, dövlət satınalmalarında öncül şirkətlərdən sayılan, dövlətin yüzminlərlə pulunun etibar edildiyi -“Topxana Layihə İnşaat"ın nəinki saytına, hansısa əlaqə vasitəsinə də rast ola bilmədik.

Google üzərindən öyrənə bildiyimiz o oldu ki, "Topxana Layihə İnşaat" MMC 17 aprel 1996-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 110 010 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Cavanşir küçəsi, ev 27, mənzil 39-da yerləşir. MMC-nin qanuni təmsilçisi Ələkbərov Fuad Vaqif oğludur. 

"Topxana Layihə İnşaat” MMC - CƏRİMƏ EDİLƏ BİLƏR | FED.az
"Topxana Layihə İnşaat” MMC 2021-ci ilədək RRT LTD Firması adı altında fəaliyyət göstərib. Maraqlıdır ki, bu şirkətin qeydiyyata alınma tarixi ilə "Topxana Layihə İnşaat" MMC-nin qeydiyyata alınma tarixi arasında ziddiyyət var. Reyestr məlumatlarında görünür ki, RRT LTD Firması 2007-ci ildə qeydiyyata alınıb. 2021-ci ildə isə adı dəyişdirilərək "Topxana Layihə İnşaat” MMC qoyulub. Bu halda ortaya ziddiyyət çıxır. Əgər "Topxana Layihə İnşaat” MMC RRT LTD Firmasının varisidirsə və sözügedən firma 2007-ci ildə qeydiyyata alınıbsa, o zaman necə olur ki, "Topxana Layihə İnşaat" MMC-nin 1996-cı ildə qeydiyyata alınır?
Sonda qeyd edək ki, "Topxana Layihə İnşaat" MMC təkcə ötən 54 tenderin qalibi seçilib.

Mövzunun davamı olacaq. /yenixeber.org/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ağsu rayon icra başçısının tender biznesi (FOTO)

    Ağsu rayon icra başçısının tender biznesi (FOTO) ...

    27-05-2019, 14:44

  • 
  • Ağsu icra başçısı dəfn olundu

    Ağsu icra başçısı dəfn olundu ...

    28-11-2020, 15:51

  • 
  • Ağsu aşırımından avtomobil aşıb, xəsarət alanlar var

    Ağsu aşırımından avtomobil aşıb, xəsarət alanlar ...

    10-10-2020, 18:14

  • 
  • Ağsu aşırımı bağlanır

    Ağsu aşırımı bağlanır ...

    22-05-2016, 11:47

  • 
  • Suriyada döyüşən Ağsu sakini tutulub

    Suriyada döyüşən Ağsu sakini tutulub ...

    29-09-2015, 17:18


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (44)
Avqust 2025 (569)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu