Gundemxeber.az » Ölkə » Bölgə » Astarada 33 yaşlı kişi güllələnib, şübhəli şəxsin axtarışları aparılır - YENİLƏNİB
Astara rayon sakini Tural Hüseynovun ov silahından açılan atəş nəticəsində xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"un Cənub bürosunun sorğusuna cavab olaraq bildirilib ki, cinayət əməlini törədənin şəxsiyyəti müəyyən edilib.
Hazırda saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Astarada 33 yaşlı kişi güllələnib, atası şübhəli bilinir.
"Report"un Cənub bürosunun məlumatına görə, hadisə Sığaloni kəndində qeydə alınıb.
Belə ki, aralarında baş verən mübahisə zəminində Ağaşir Hüseynov oğlu 33 yaşlı Tural Hüseynova ov tüfəngindən atəş açıb.
T.Hüseynov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralı cərrahiyyə əməliyyatına alınıb.
Hadisəni törətməkdə təqsirli bilinən Ağaşir Hüseynovun saxlanılması və istintaqa cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri keçirilir.
Faktla bağlı araşdırma aparılır.
GUNDEMXEBER.AZ
3-05-2019, 11:40
2-06-2020, 11:05
20-04-2017, 16:38
13-11-2013, 23:11
19-07-2021, 11:38
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?