GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bölgə » İmişlidə rus simvollarını təbliğ edən şəxs YAP-dan qovula bilər

İmişlidə rus simvollarını təbliğ edən şəxs YAP-dan qovula bilər

Tarix: 15-05-2025, 11:41 Bölmə :Bölgə Baxış: 122

YAP Təftiş Komissiyasının üzvü: “O şəxsin əqli vəziyyətinin də qiymətləndirilməsinə ehtiyac var”

Xəbər verildiyi kimi, 9 may günü İmişlidə rus-sovet simvollarını açıq şəkildə təbliğ edən Saleh Səmədov Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin qərarı ilə rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən və qurumun üzvlüyündən azad edilib. Qərarda bununla bağlı deyilir:

“İdarə heyəti şuranın adına ləkə gətirən hərəkətlərə yol verdiyinə, Azərbaycan Ağsaqqallar Şurasının nizamnamə tələblərini kobud şəkildə pozduğuna görə Saleh Səmədovun İmişli rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilməsi, o cümlədən Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılması barədə qərar qəbul edib. Azərbaycan Ağsaqqallar Şurasının aparatına yerli bölmələrin fəaliyyətinə nəzarətin artırılması barədə tapşırıqlar verilib”.

S.Səmədovun bioqrafiyasından görünür ki, o həm də 1993-cü ildən YAP-ın üzvüdür. O, vaxtilə partiyanın rayon təşkilatının “Energetik” ərazi partiya təşkilatının sədri vəzifəsində çalışıb.

Saleh Səmədovla bağlı bir sıra faktlar üzə çıxıb. “Unikal”ın əldə etdiyi məlumata görə, Saleh Səmədovun İmişlidə “Kral Saray” adlı şadlıq sarayı, “Kral” çay evləri şəbəkəsi, uşaq bağçası, çörək sexi, spirt-şirə zavodu, hipermarketi, kolbasa sexi, mal-qara və donuz ferması, eləcə də 20 hektar ərazini əhatə edən istilikxanası var.

Əvvəllər 90 AA 679 nömrəli “Rolls-Royce” ilə hərəkət edən iş adamının paytaxtda da çoxsaylı villaları, marketi, restoranları və tikinti şirkətinin olduğu deyilir. Maraqlısı budur ki, 1962-ci ildə anadan olan S.Səmədov ali təhsilini 30 yaşından sonra almağa qərar verib. O, 1997-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu, 2001-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. Görünür, sonradan ali təhsil almaq qərarı birdən-birə fəhləlikdən varlanmağa gedən yolda Saleh Səmədovun vəzifə tuta bilməsi üçün əsas şərt olub. Həqiqətən də orta məktəbi bitirdikdən sonra (1981) İmişli rayon Yol İstehsalat İdarəsində fəhlə kimi işləyən Saleh Səmədov çox keçmədən müxtəlif məsul vəzifələrdə işləyib.

Sonra o, özəl sektorda fəaliyyət göstərib, ard-arda müəsisələr, firmalar təsis edib. 2024-cü ilin aprel ayının sonlarında Səmədov İmişli rayon Ağsaqqallar Şurasının sədri seçilib.

Daha bir diqqət çəkən məqam odur ki, 2024-cü ilin əvvəlində İmişli rayon Ağsaqqallar Şurasının inzibati binasında sovet dönəmini simvolizə edən əşyalar olmayıb. Saleh Səmədovun sədr seçilməsindən sonra isə onun və digərlərinin otağında SSRİ liderlərindən biri olan İosif Stalinin büstü və SSRİ bayraqları nəzərə çarpır. Bu da onun 9 may günü ilə bağlı çıxışında sinəsinə “Georgi lenti”ni heç də təsadüfən taxmadığından xəbər verir.

Həmçinin araşdırmamız zamanı məlum olub ki, mayın 9-da Sarıxanlı kəndində keçirilən tədbir zamanı müharibə qurbanlarına həsr olunmuş kompleksin üzərində SSRİ bayraqları çox olub. Bayraqlar isə S.Səmədovun açıqladığı kimi hansısa yerdən alınmayıb, əksinə, birbaşa onun göstərişi ilə tikilib.

Ruspərəst mövqeyi ilə seçilən iş adamı İmişli rayon Ağsaqqallar Şurasının Moskvada ərazi təşkilatını da təsis edib.

Saleh Səmədovun qardaşları ilə bağlı bəzi maraqlı faktlar da üzə çıxıb. Sabiq sədrin qardaşı Atababa Səmədov 2018-ci ildə dələduzluğa görə həbs edilib. A.Səmədov ayrı-ayrı şəxslərə qarşı müxtəlif vaxtlarda ümumi məbləği 320 min ABŞ dolları miqdarında dələduzluq edib. O, aldatdığı şəxslərə aldığı pulların müqabilində tikinti materialları gətirəcəyinə söz verib. Daha sonra onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Saleh Səmədovun kiçik qardaşı Sahib Səmədov isə işində yol verdiyi nöqsanlara görə işdən çıxarılıb.

Qeyd olunduğu kimi, artıq Saleh Səmədov İmişli rayon Ağsaqqallar Şurasının sədri və Ağsaqqqlar Şurasının üzvlüyündən çıxarılıb. Bəs bu qalmaqala səbəb olmuş şəxs üzvü olduğuYAP-dan da xaric ediləcəkmi?

ELMAN NƏSİROV.jpg (144 KB)

Elman Nəsirov

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının üzvü Elman Nəsirov bildirdi ki, bu hadisənin cəmiyyətdə birmənalı qarşılanmamasının motivlərini başa düşmək olar: “İmişlidə baş verən bu hadisəni pisləyirəm. Əvvəla, Sovet İttifaqı yoxdur. Onun bərpası mümkün deyil. Rusiya Prezidenti Vladimir Putin də çıxışlarından birində Sovet İttifaqının dağlmasının əleyhinə olduğunu, lakin daha onun bərpa olunmasının qeyri-mümkünlüyünü dilə gətirib. Belə bir reallıq şəraitində İmişlidə Ağsaqqallar Şurasının sədrinin sovet bayrağı qaldırması, ”Georgi lenti"ni taxması anlaşılan deyil. İmişlidə belə bir hadisənin baş verməsi çoxlu suallar, təəccüb və təəssüf doğurur. Bu nə deməkdir, hadisəni necə izah etmək olar? İmişlidə, eləcə də respublikamızın heç bir yerində SSRİ ilə bağlı nostalji hisslər yoxdur. Ümumiyyətlə, yeni nəsil yetişir, onlar da Sovet İttifaqı ilə bağlı ancaq kitablardan nəsə oxuyublar. Belə olan halda müstəqillik ən böyük nemətdir. İndi kimlərsə, görünür, müstəqilliyin əleyhinədir. Onlar bunu belə əməlləri ilə isbatlamaq istəyirlər. Bunu pisləyirik, qəbuledilməz yanaşmadır. Hesab edirəm ki, İmişli camaatı da birmənalı olaraq bunun əleyhinədir. Qoy, ilk növbədə belə bir addımı atan, özünü Ağsaqqallar Şurasının sədri kimi təqdim edən şəxs “bununla SSRİ ilə bağlı nostalgiya yaşayır?”, yoxsa “müstəqilliyin əleyhinədir?” suallarına cavab versin. Məsələyə Təftiş Komissiyası tərəfindən qiymət verilə bilər. Onun jurnalistlərin suallarına verdiyi cavabları da təəccüb və təəssüf doğurur".

Deputat qeyd etdi ki, o şəxsin əqli vəziyyətinin qiymətləndirilməsinə ehtiyac var. Bundan sonra digər siyasi addımların atılması düzgün olar: “Mən də Təftiş Komissiyasının üzvüyəm. Biz partiya daxilində qanunazidd əməllər baş verdikdə öz mövqeyimizi ifadə edirik. İstisna deyil ki, məsələyə Yeni Azərbaycan Partiyasının rəhbər orqanlarından olan Təftiş Komissiyası qiymət verə bilər”./musavat.com

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nardaran Ağsaqqallar Şurasının sədri: "...burada da öləcəyik"

    Nardaran Ağsaqqallar Şurasının sədri: ...

    28-11-2015, 13:39

  • 
  • Yeni sədr də “Georgi lenti” taxıbmış... - Foto

    Yeni sədr də “Georgi lenti” taxıbmış... - Foto ...

    14-05-2025, 23:28

  • 
  • YAP-ın Veteranlar Şurasına Arif Rəhimzadə sədr seçildi

    YAP-ın Veteranlar Şurasına Arif Rəhimzadə sədr ...

    5-03-2021, 14:53

  • 
  • Hüseynbala Mirələmovla videosu yayılan qadın da YAP-dan çıxarıldı

    Hüseynbala Mirələmovla videosu yayılan qadın da ...

    26-04-2021, 11:50

  • 
  • Ağsaqqallar 16 yaşlı qızı yandırdı

    Ağsaqqallar 16 yaşlı qızı yandırdı ...

    6-05-2016, 02:29


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu