Ölkə başçısı İlham Əliyev “Əmək pensiyaları haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanunun təsdiq edilməsi barədə fərman imzalayıb.
APA-nın məlumatına görə, qanuna dəyişikliklər bu il martın 10-da Milli Məclis tərəfindən qəbul edilib.
Qanuna 98 dəyişiklik təklif olunub.
Dəyilikliklərə əsasən, polis və hərbi qulluqçular istisna olmaqla, bütün peşə sahələri üzrə əmək pensiyasına görə yaş həddi artırılıb. Dövlət qulluqçuları üçün hazırda qüvvədə olan 15 təqvim ili 20 təqvim ilinə, prokurorlar üçün 25 təqvim ili 35 ilə, o cümlədən digər peşələr üçün də tələb olunan staj ili müvafiq olaraq 5 il qaldırılıb. Pensiya yaşı artırılaraq əmək pensiyaları üçün tələb olunan yaş hədləri ilə diferensiallaşdırılıb.
Bundan başqa, pensiyanın baza hissəsi ləğv edilib.
Beləliklə, kişilərin pensiya yaşı 4 il ərzində, qadınların pensiya yaşı 10 il ərzində 65-ə çatdırılacaq. Başqa sözlə, kişilər üçün pensiya yaş həddi 2021-ci ilə qədər, qadınlar üçün isə 2027-ci ilə qədər pensiya yaşı hər il 6 ay artırılacaq. Bununla da qadınların və kişilərin pensiya yaşı həddi 65-ə çatdırılacaq.
Hazırda qadınların pensiya yaşı 60, kişilərinki isə 63-dür. Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minəcək. Dəyişikliklər indiyə qədər pensiyaya çıxanlara şamil edilməyəcək.
Əlavə və dəyişikliklər iş stajı müddətinin artırılmasını nəzərdə tutur. Dəyişikliyə görə, bundan sonra dövlət qulluqçularının pensiyaya çıxmasından ötrü 20, hakimlərdən 15, prokurorluq işçilərindən isə 35 il iş stajı tələb olunacaq.
Digər peşələrə görə isə tələb olunan staj ili müvafiq olaraq 5 il qaldırılır.
İndiyədək pensiyaya çıxmaqdan ötrü dövlət qulluqçularına 15, hakimlərə 5, prokurorluq işçilərinə isə 25 il iş stajı kifayət edirdi.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?