GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Milyonçu ölkənən dilənçi təqaüdçüləri

Milyonçu ölkənən dilənçi təqaüdçüləri

Tarix: 11-12-2012, 13:38 Bölmə :İqtisadiyyat Baxış: 1 607
Milyonçu ölkənən dilənçi təqaüdçüləri

Hökumət verdiyi puldan razıdı, bəs alan?

Gələn il pensiyaların baza hissəsi təqribən 11 manat artırılaraq 152 mantdan 163 manata çatdırılacaq. Hazırda 93,5 manat olan minimum pensiyanın məbləği isə ilk dəfə 100 manatı ötəcək.Yeri gəlmişkən, 2013-cü ildə pensiyaların sığorta hissəsinin artımı üçün də vəsaitlər nəzərdən keçiriləcək. Nəzərə alsaq ki, 2012-ci ildə 6-7 faiz ətrafında inflyasiya gözlənilir, 2013-cü ildə indeksləşdirmə müvafiq olaraq 7 faiz təşkil edə bilər. Diqqəti çəkən məsələ bu artımlardan pensiyaçıların nə dərəcədə razı qalacağıdır. Çünki çoxları pensiya sistemini tənzimləyən qanunvericilikdən narazıdırlar. Pensiya ilə bağlı ölkədəki mövcud vəziyyəti araşdırdıq.
Azərbaycanda pensiya yaşı –ölüm yaşına çatıb
Hazırda əhalini pensiya sistemi ilə bağlı bir neçə məqam insanları qane etmir. Bunlar pensiya yaşı, sığorta stajı, pensiya məbləğinin əməkhaqqı deyil, stajın bazasında hesablanmasıdır. Xatırladaq ki, 3 il əvvəl bu istiqamətdə “Əmək pensiyaları haqqında“ Qanuna edilən dəyişiklilər nəticəsində 12 ildən az sığorta stajı olmayan qadınlar 60, kişilər 65 yaşında pensiyaya çıxa bilirlər. Qanuna müvafiq olaraq kişilər üçün yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq, 2012-ci ilin yanvarın 1-dək hər il altı ay, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən 2016-cı ilin yanvarın 1-dək hər il altı ay olmaqla artırılır.
Mütəxəssislərin fikrincə, Azərbaycanda insanların xeyli hissəsi pensiya yaşına çata bilmir. Təxminən elə bir o qədər hissəsi də pensiyaya çıxdıqdan sonra ən yaxşı halda 3-5 il yaşayır. Halbuki vətəndaş pensiyaya çıxdıqdan sonra 12 il müddətində pensiya almalıdır. Rəsmi statistikaya nəzər yetirdikdə də vəziyyət yaxşı görünmür. Azərbaycanda gözlənilən ömür uzunluğu 2011-ci ildə kişilər üçün 71, qadınlar üçün 76 il kimi təsdiqlənib. Bu hədd şəhər əhalisi ilə bağlıdır. Kəndələrdə kişilər üzrə yaş həddi 70, qadınlarda 76-dır. Belə çıxır ki, hər iki halda kişilər cəmi 5-6 il pensiya ala bilirlər. Lakin bu proqnozlaşdırılan ömürdü.
Əmək qabiliyyətli yaşda ölənlərin statistikası daha ilgincdir. 2011-ci ilin göstəricilərinə görə, əmək qabiliyyətli ölənlərin sayı əvvəlki illəri üstələyib. Belə ki, ötən il bu rəqəm 16 027 nəfər olub. Əmək qabiliyyətində olan, vəfat edən kişilərin sayı 11 651 nəfər, qadınlar 4376 nəfər təşkil edib. Bildirək ki, 2011-ci ildə əmək qabiliyyəti yaşında vəfat edən kişilər üzrə yaş həddi 15-62, qadınlar üzrə 15-57 yaş olub. Xatırladaq ki, 2010-cu ildə vəfat edən əmək qabiliyyətli əhalinin sayı 15038 nəfər təşkil edib. Göründüyü kimi, əmək qabiliyyətli əhalinin ölüm sayı artıb.
Turkiyə və Rusiyada pensiya yaşı
Region dövlətləri ilə müqayisələr də göstərir ki, pensiya yaşı ilə bağlı ən yüksək hədd Azərbaycandadır. Bir müddət əvvəl pensiya yaşını mərhələli olaraq 65-ə qaldırmağa qərar verən Türkiyədə pensiya yaşı hazırda qadınlarda 48, kişilərdə 49-dur. İnsanların 65 yaşında təqaüdçü olmasına isə 2046-ci ildən keçiləcək. Hökumət pensiya yaşının yüksəldilməsi nəticəsində büdcə kəsirini əhəmiyyətli ölçüdə azaldacağını düşünür. Qeyd edək ki, Türkiyədə 10,2 milyon nəfərdən artıq insan pensiya alır. Bunun 2 milyon nəfəri həm də işləyir. Qonşu Rusiyada da pensiya yaşı aşağıdır. Baxmayaraq ki, Beynəlxalq Valyuta Fondu 2030-2050-ci illərdə qadınlar üzrə pensiya yaşını 63, kişilərdə 65-ə qaldırılmasını təklif edib. Hazırda Rusiyada kişilərin pensiya yaşı 60, qadınların 55-dir. Onu da bildirək ki, Rusiyada əmək pensiyası 248 manatdır.
Əmək pensiyalarının məbləğinin yüksək olmasına nə imkan vermir?
Çoxları düşünür ki, pensiyanın əməkhaqqı bazasında hesablanması daha ədalətlidir. 300 manat maaş alan hər hansı şəxs əvvəlki qaydalarla pensiyaya çıxsaydı, indikindən 2,6 dəfə çox pensiya alardı. Hazırda minimum pensiya təminatının yükü yüksək gəlirli insanların çiynindədir. Əmək pensiyalarının hesablanması zamanı rəsmi olaraq tətbiq edilən əmsal məbləğin yüksək olmasına imkan vermir. Əmək pensiyalarının sığorta hissəsinin hesablanmasında əvvəllər hər il üçün 1 manat 94 qəpik, dəyişiklərdən sonra 2 manat 9 qəpik götürülür. Bu o deməkdir ki, hər hansı şəxs 30 il işləyibsə, onun aldığı pensiyanın sığorta hissəsi cəmi 60 manat olacaq. O baxımdan pensiyaların hesablanması ilə bağlı ciddi problem tətbiq edilən əmsalın kiçik olmasındadır. Digər tərəfdən Azərbaycanda əmək pensiyalarının hesablanması zamanı azı 12 il staj tələb edilir. Praktiki vətəndaş 10-11 il işləyirsə, əmək pensiyası ala bilmir. Ona sadəcə minimum pensiya təyin olunur.
SSR-nin son illərində çalışan, özlərindən asılı olmayan səbəblərdən əmək müqaviləsi bağlamayan vətəndaşlar əmək pensiyası almırlar. Sovet dövründə işləyən vətəndaşlarımızın da pensiyalarının məbləğinin hesablanması yönündə promlemləri var. Bir sıra hallarda onların iş təcrübəsi tam olaraq nəzərə alınmır. Başqa tərəfdən, hər valyutanın illik inflyasiyası var. Azərbaycanda pulun minimum illik inflyasiyası 2,5 faizdir. Amma pensiya məbləği illər üzrə 2,9 manat hesablanır. Bu o deməkdir ki, hər 100 manat üçün hesablanan pensiya əmsalı təxminən 2 faizdir. Halbuki hər 100 manatın illik inflyasiyası 2,5 faiz təşkil edir. Praktiki illər üzrə hesablanan pensiya əmsalı həmin illərdə pulun itirdiyi dəyərdən azdır. Yəni pensiya əmsalı pulun illik inflyasiyasını belə örtmür. Nəticədə əmək pensiyalarının bu gün məbləği aşağı olaraq qalır.
Leyla
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Pensiyalar nə qədər artdı? - ŞƏRH

    Pensiyalar nə qədər artdı? - ŞƏRH ...

    28-01-2015, 00:24

  • 
  • Pensiya artdı: kim nə qədər alacaq?

    Pensiya artdı: kim nə qədər alacaq? ...

    5-02-2014, 22:44

  • 
  • Pensiyaçılara şad xəbər

    Pensiyaçılara şad xəbər ...

    26-05-2014, 12:29

  • 
  • Hərbçilərin pensiya problemləri – Müsahibə

    Hərbçilərin pensiya problemləri – Müsahibə ...

    8-10-2013, 13:18

  • 
  • Səlim Müslümovun pensiya gizlini

    Səlim Müslümovun pensiya gizlini ...

    21-02-2013, 09:58


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu