GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Azərbaycana şimaldan gələn ÖLÜM

Azərbaycana şimaldan gələn ÖLÜM

Tarix: 7-05-2017, 20:58 Bölmə :Cəmiyyət Baxış: 551
Azərbaycana şimaldan gələn ÖLÜM


Uşaqlarımız “ölüm sektası”nın hədəfində

Dünya ölkələrində, o cümlədən, Azərbaycanda uşaq intiharlarının artması ciddi narahatlıq doğurur. Uşaq intiharlarının səbəbləri arxasında psixoloji məqamların dayandığı bildirilsə də, başqa səbəblər də istisna edilmir. Artıq dünyanın əksər ölkələrində uşaqları intihara aparan “ölüm oyun”larına qarşı mübarizə başlayıb. Bu günlərdə Rusiyada uşaq intiharlarını araşdıran dövlət qurumları bir il əvvəl verdikləri bəyanatı təkzib edəcək faktlarla çıxış etməklə məsələni bir daha diqqət mərkəzinə gətiriblər.

Rəsmi: “Uşaqları internet öldürür”

Azərbaycana şimaldan gələn ÖLÜM


Məsələ burasındadır ki, qonşu Rusiyada son 2 ildə uşaqlar arasında intihar halları artıb. Bunun səbəblərini araşdıran Daxili İşlər Nazirliyi internetin intiharlardakı rolunun ancaq 1 faiz olduğuna dair ötən il yaydığı açıqlamanı indi tamamilə fərqli təqdim edib. Rusiya Federasiyası Təhqiqat Komissiyasından son 2 ildə uşaq intiharlarının artması barədə məlumat verilib. Komissiya bunu internetdəki “ölüm qrupları” ilə əlaqələndirib. Bu qruplar uşaqlara psixoloji təsir göstərməklə yanaşı onların beyinlərini “yuyur” və intihara təşviq edir. Qurumun hesabatında vurğulanıb ki, 2016-cı ildə Rusiyada 720 uşaq həyatına intiharla son qoyub. 2015-ci ildə isə bu rəqəm 504 olub. 2014-cü ildə isə bir az daha az 400 uşaq intihar edib. Uşaq intiharlarına görə, Rusiya dünyada ancaq Qazaxıstan və Surinamdan geri qalır. ABŞ və Avropa ölkələrində isə uşaq intiharları dəfələrlə azdır. “Uşaq intiharlarının artmasının səbəbləri arasında ilk növbədə “ölüm qrupu”nun aktivləşməsinin rolu vurğulanmalıdır. Onlar uşaqları birbaşa və ya dolayısı ilə intihara sövq edirlər” deyə qurumun hesabatında vurğulanır. Bununla yanaşı hesabat müəllifləri son illər ölkədəki uşaq intiharlarının nə qədərinin məhz internetdəki “ölüm qrupları” ilə əlaqəsinə dair dəqiq rəqəm və ya təxmin irəli sürməyib. Bununla belə hesabatdakı narahatıq tonundan anlamaq olar ki, söhbət heç də ötən illər deyildiyi kimi 1 faizdən getmir.

Məktəbdən valideynlərə xəbərdarlıq məktubu

“Ölüm oyunlar”ından narahat olan isə təkcə Rusiya və bu oyunları qadağan edən Qazaxıstan deyil. Qeyd edək ki, Rusiyada 130 gəncin intiharı ilə əlaqəsinə dair iddialarla gündəmə gələn “Mavi balina” oyunu artıq İngiltərəyə də “sıçrayıb”. İngiltərədə xüsusilə, orta məktəb və liseylərdə oyunu oynayan şagirdlərin valideynlərinə artıq xəbərdarlıq edilib. Artıq getdikcə təhlükəli hal alan oyunu oynayanlar 50 təlimatı yerinə yetirməlidirlər. Rəsmilər oyunun ingilis gəncləri arasında da yayılmasından narahatlıq keçirir. Artıq Basildondakı Woodlands School rəhbərliyi gənclərin ailələrini xəbərdar edib. Müdir Devid Vraytın imzasıyla gedən məktubda polisin yardımı ilə oyunun ortaya çıxarıldığı bildirilib. Valideynlərə, uşaqlara diqqət yetirmələrinin vacibliyi vurğulanıb. Oyunun adi “Mavi balina”dır. Oyunçulara 50 gün boyunca biri nəzarət edir və hər gün onlara yerinə yetirməli oduqları təlimatı verir. 50-cı günün sonunda isə gənclərə intihar etmələri əmr olunur. Söhbət "Siniy kit" ("A blue whale”), "Tixiy dom" ("A quiet house”), "More kitov" ("A sea/a bunch of whales”), "Razbudi menya v 4:20" ("Wake me up 4.20 am”) kimi oyunlardan gedir. "Ölüm sektası” adlanan bu oyunlarla bağlı ilk siqnal 2015-ci ildə Rusiyada yayılıb. O zaman iki qızın intiharında bu “ölüm sekta”sının rolu olduğu vurğulanırdı. Ancaq indi görünən odur ki, təkcə 2 qızın yox, çox sayda digər uşaqların da ölümündə bu oyunların rolu var.

“Siniy kit” oyunu Azərbaycanda da geniş yayılıb

Azərbaycan da uşaq intiharlarının artdığı ölkələr arasındadır və deməli, təhlükədən sığortalanmayıb. Artıq “ölüm sektası”nın əks-sədası ölkəmizdəki qurumlara da çatıb. Belə ki, AMEA İnformasiya Texnologiyaları İnstitutunda 9 saylı şöbənin elmi seminarında mövzu ilə bağlı hesabat da təqdim edilib. Şöbənin əməkdaşı Nəzakət Məlikovanın “İnternet oyunlarının uşaqlar və yeniyetmələrin psixologiyasına təsiri” mövzusunda məruzəsində ilginc məqamlar var. AMEA əməkdaşının hesabatına görə, informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı və bu sahəyə olan maraq uşaqların sağlamlığı və psixologiyasının pozulmasına gətirib çıxara bilər:“İnternetdən intensiv istifadə uşaq və yeniyetmələrin maraqlarını ödəsə də onların sağlamlığı üçün ciddi problemlər yaradır. Uşaqların saatlarla kompüterə bağlı qalmaları onları asılı vəziyyətə salır, sosial mühitlə əlaqələrini zəiflədir.Oyun saatları artdıqca onun uşaq və yeniyetmələrin orqanizmi və psixologiyasına mənfi təsirləri də ortaya çıxır”. Kompüter oyunlarından asılı hala düşməmək üçün yeniyetmələrin müxtəlif hobbilərinin olmasının vacibliyini vurğulayan N.Məlikovanın hesabatında diqqətçəkən məqamlardan biri də sosial şəbəkələrdə geniş yayılmış və daha çox yeniyetmələri hədəfə alan təhlükəli oyunlar olub:
“Siniy kit” (“A blue whale”), “Tixiy dom” (“A quiet house”), “More kitov” (“A sea/a bunch of whales”), “Razbudi menya v 4:20” (“Wake me up 4.20 am”) kimi oyunlarla bağlı ilk təhlükə 2015-ci ildə Rusiyada meydana gəlib. “Siniy kit” oyununun Azərbaycanda da geniş yayılıb. Bütün valideynləri övladlarının İnternet aktivliyinə nəzarət etməlidirlər. Valideynlər ilk gündən uşaqlar üçün kompüter və mobil telefonlardan istifadə qrafiki müəyyən etməli, onlara hansı saytların faydalı, hansılarının ziyanlı olduğunu izah etməlidir”.

Oğlanların intiharının səbəbi - etinasızlıq

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində isə deyirlər ki, intihar edən uşaqlar arasında oğlanlar üstünlük təşkil edir. Oğlanlar yeniyetmə dövrlərində - 14-15 yaşlarında intihara daha çox cəhd edirlər. Ancaq ölkəmizdə uşaqların intihara sövq edən səbəblər ciddi araşdırılmayıb. Araşdırmanı hansı qurumun aparmalı olduğuna gəlincə, Dövlət Komitəsi bu barədə susmağa üstünlük verir. Ancaq o vurğulanır ki, uşaq intiharlarının qarşısını almaq üçün uşaqlar arasında sorğu keçirilib və məlum olub ki, balacalar əsasən ailədəki etinasızlıqdan təsirlənirlər. Oğlanların daha çox intihar etməsinin səbəbi də məhz ailədəki etinasız münasibət olur. Qızlardan fərqli olaraq oğlanlar problemlərini gizlətməyə çalışır və onları hətta ailədə açıqlamırlar.

Cinayət Məcəlləsindəki 125-ci maddəyə “sığışdırılanlar”

Ölkəmizdə intihar hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünüöldürmə həddinə çatdırma) cinayət işi açılır. Statistika göstərir ki, 2016-cı ilin 9 ayı ərzində Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə 500 cinayət işi başlanıb. Zərərçəkmiş qadınların sayı 156, yetkinlik yaşına çatmayanların sayı 27 nəfər olub. 2015-ci ildə isə Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə 658 cinayət işi başlanıb. Zərərçəkmiş qadınların sayı 183, yetkinlik yaşına çatmayanların sayı isə 31 nəfər olub. Bu il də uşaq intiharları və ya intihara cəhdlə bağlı məlumatlar yayılıb. Prokurorluq orqanları hər bir məlumatın araşdırıldığını və lazımi tədbirlərin görüldüyünü deyir. Ancaq bu araşdırmalar işində uşaqları ölümə sürükləyən “ölüm sektaları”nın rolunun öyrənilib-öyrənilmədiyi sirr kimi saxlanılır.

Porno saytlar daha təhlükəlidir, yoxsa “ölüm sektası”?

Valideynlər də bu “ölüm sektaları”ndan xəbərsizdir. Söhbətləşdiyimiz valideynlər övladlarının internetdə çox zaman keçirdiyini təsdiqləsələr də onların nəylə məşğul olduğunu ciddi nəzarətdə saxlamadıqlarını etiraf ediblər. Nəzarət əsasən uşaqların sosial şəbəkədən istifadəsi və porno saytlarına girişinin əngəllənməsi məqsədi daşıyır. Yəni, söhbətləşdiyimiz valideynlər uşaqları üçün təhlükənin əsasən bu 2 istiqamətdən gəldiyini deyərək digər məqamlarla bağlı xəbərsiz olduqlarını vurğulayıblar. Başqa sözlə, “ölüm sekta”sı hər an evimizin içinə girib övladımızı özü ilə apara bilər. Bundan heç kəs sığortalanmayıb.

Sevil Ağazadə
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda klinikada ölüm

    Bakıda klinikada ölüm ...

    8-09-2015, 15:16

  • 
  • 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

    1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür ...

    1-06-2013, 00:35

  • 
  • Ötən il Azərbaycanda 105 qadın intihar edib

    Ötən il Azərbaycanda 105 qadın intihar edib ...

    5-12-2013, 19:07

  • 
  • "15-17 yaşlı qızlar ildə 3 min uşaq dünyaya gətirirsə..."

    "15-17 yaşlı qızlar ildə 3 min uşaq dünyaya ...

    10-02-2017, 12:00

  • 
  • Rusiya abort sayına görə dünya birincisi oldu

    Rusiya abort sayına görə dünya birincisi oldu ...

    19-07-2013, 17:07


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (261)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu