APA-nın məlumatına görə, hadisə sentyabrın 4-də M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında qeydə alınıb.
Günel Babayeva sentyabrın 4-də xəstəxanan doğum şöbəsinə yerləşdirilib və onun üzərində qeysəriyyə əməliyyatı aparılıb. Uşaq əməliyyatdan sonra dünyasını dəyişib.
M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasından hadisə ilə bağlı məlumat almaq mümkün olmayıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, ölüm faktı nazirliyin mütəxəssisləri tərəfindən araşdırılır: "Uşaq ölümü faktı Səhiyyə Nazirliyinin diqqət mərkəzindədir. Hazırda məsələ araşdırılır, hadisə haqqında ictimaiyyətə əlavə məlumat veriləcək".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?