Tərlan Məhərrəmova: “İndi yaşadığımız ünvana icra hakimiyyətindən məktub gəlib ki, “üç günə etdiyiniz artırmalar söküləcək”
İndi yaşadığımız ünvana icra hakimiyyətindən məktub gəlib ki, “üç günə etdiyiniz artırmalar söküləcəkTt”. İndi yaşadığımız ünvana icra hakimiyyətindən məktub gəlib ki, “üç günə etdiyiniz artırmalatr sö İndi yaşadığımız ünvana icra hakimiyyətindən məktub gəlib ki, “üç gBir-iki gün bundan öncə “Gündəm Xəbər”in elektron poçtuna 1959-cu il təvəllüdlü, YAP-nın üzvü Məhərrəmova Tərlan İsəxan qızı tərəfindən müraciət daxil olub. Əslən Qazax rayon sakini olan xanım şikayətçi, ünvanladığı müraciətində üz-üzə qaldığı sosial problemlərdən, ailədaxili münaqişələrdən və digər olayların varlığından deyil, məhz Qazax icra İcra Hakimiyyətinin başçısı vəzifəsini daşıyan Rəcəb Babaşovun atdığı addımlardan bəhs edir. Tərlan Məhərrəmova yazır ki, “mən ölkə rəhbəri cənab İlham Əliyevə, Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti Mehriban xanım Əliyevadan xahiş edirəm ki, qızım Samirəni Rəcəb Babaşovun əlindən xilas etsinlər. Çünki, Rəcəb Babaşov bizimlə düşmənçilik aparır, o, bizdən nə istəyir onu bilmirik. Biz qaçqın ailəsiyik və əslimiz-kökümüz rayonun Bağanıs-Ayrım kəndindəndir. Oğlum Vaqif Sərxan oğlu Məhərrəmov hərbiçidir və Qazaxın Cəfərli kəndində düşmənlə üz-üzə dayanaraq sərhədlərinmizi qoruyur. Atam da Böyük Vətən müharibəsi veteranı olub. Özüm isə rayonun doğum evində işləyirəm. Həyat yoldaşım Vaqif Məhərrəmov yataq xəstəsidir. Qızım Samirə Məhərrəmovanın himayəsində üç oğul övladı var. Hərbi xidmətdə olan oğlumun övladını da, qızım Samirə saxlayır. Qızım dövlətimizə üç əsgər böyüdür və o, beş ay idi ki, şəhərdə yerləşən müəssisələrdən birində işləyirdi. Bir neçə gün bundan əvvəl Rəcəb Babaşov qızımın işlədiyi müəssisəyə gedir və onu nalayiq ifadələrlə təhqir etdikdən sonra, həmin müəssisəni bağlatdıracağını da bildirir. Belə bir xəbəri eşidərkən təzyiqim qalxdı, huşumu itirdim və özümdən də getdim. Təcili tibbi yardım çağırtdırdım, mənə ilkin tibbi xidmət də göstərildi. Hələ də stresdən özümə gələ bilmirəm. Rəcəb Babaşov nəyə görə məni və qızımı təhqir etməlidir? Ona belə bir ixtiyarı kim verib? Mənim 58 yaşım var, Qazaxa bu günə kimi belə bir əməl sahibi olan icra başçısı təyin olunmayıb. Bu gün hər kəs Rəcəb Babaşovun əməllərindən danışır. İndi yaşadığımız ünvana icra hakimiyyətindən məktub gəlib ki, “üç günə etdiyiniz artırmalar söküləcək”. Halbuki həmin artırmaya Rəcəb Babaşovun özü şəxsən icazə vermişdi. Hətta, biz buna görə də Rəcəb Babaşova minnətdarlıq məktubu da yazmışıq. İndi isə onun atdıqları addımlarla bağlı Prezident Adminstrasiyasına şikayət etdiyimizə görə, həyata keçirdiyimiz artırmaları sökdürmək istəyir. Mən ölkə rəhbəri cənab İlham Əliyevdən qazaxlılara kömək etməsini xahiş edirəm. Çünki, heç cür rəva görmürəm ki, icra başçısı olan bir kəs qadına qarşı ən nalayiq ifadələr işlətsin, kimlərinsə yanında onu təhqir etsin. Mənim bu cür çağırışım bir ananın, bir Azərbaycan qadınının fəryadı kimi qəbul olunmalıdır. Mənim qızım övladlarını necə dolandırsın? İşlək bir müəssisəni bağlatmağı hansı məntiqə sığışdırmaq olar? Onsuz da bir əsgər anası olaraq narahatcılıq icində yaşayırıq. Cünki, övladımız düsmənlə üz-üzə dayanıb. Mənim dərdim özumə bəsdir, digər tərəfdən rayon rəhbərinin qızımı təhqir etməsi, cörəyini kəsdirməsi başqa bir dərddir. Rəcəb Babaşov niyə qadınlarla prinsip aparır və düşmənçilik edir, mən bunu heç cür başa düşə bilmirəm? Biz bunları kimə deyək, haralara müraciət edək, onu da bilmirəm. Görünür Rəcəb Babaşov nə Prezidentdən, nə 1-ci vitse-prezidentdən, nə də ki, Adminstrasiyadan heç cür ehtiyat etmir”.
Dərc olunan açıqlamada səslənən ittihamlar Tərlan Məhərrəmovaya aid olduğundan, yaşananlarla bağlı heç cür mövqe bildirə bilmərik. Düzdür, ünvanlanan müraciətdə sadalananlar diqqətimizi cəlb etdiyindən çalışdıq ki, Rəcəb müəllimlə əlaqə saxlayaq və qarşı tərəf olaraq problemlərin varlığına münasibətini də öyrənək. Təəssüflər olsun ki, bir neçə dəfə etdiyimiz telefon zəngimizə cavab verən olmadığından, daxil olan müraciətdə sadalananları bitərəfli qaydada dərc etməyə məcbur olduq. Odur ki, qarşı tərəfin mövqeyini öyrənməyə və dərc etməyə də hazırıq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?