Zorakılıq bizim problemimizin həlli kimi həyat üçün zəruri olan və habelə ən kiçik, cuzi problemlərin həll etmə yolu kimi əbədidir. Bu yola insanlar onda can atırlar ki, bunu etməyə də bilərdilər. Lakin bu yol, bu üsul bizim canımızda, qanımızda, hər günümüzdə özünə möhkəm yer etmişdir və ondan imtina etmək çox çətindir. Bu səbəbdən də zorakılıq və qətl rəqibi rəf etmək, onu məhv etməkdə təbii, fərdi, məqsədəuyğun metod olaraq özünütəsdiq, müvəffəqiyyət qazanma vətəsdiqedici üsul kimi çıxış edir.
Baxmayaraq ki, ölümlə nəticələnən zorakılıq müxtəlif şəkillidir. Hər vaxt onun ayrı-ayrı növlərini seçib aşkar etmək və ümumi mahiyyətini qiymətləndirmək ehtiyacı mövcuddur.
Yüksək həyacanlılıq – ölümdə ittiham olunanların fərqləndirici xüsusiyyətlərindən biridir. İllər boyu aparılan ölümlə nəticələnən qətlin səbəb və xüsusiyyətlərininaşkar olunması tədqiqatı psixoloqları birmənalı fikrə gətirib çıxarır ki, başqalarını zorakılıqla qətl yetirənlər digər qatillərdən və məhkumlardan yalnız bir zəruriyyət kəsb edən xüsusiyyətlə fərqlənirlər:ölmək (ölüm) qorxusuna keçən daimi, əldən salan, gərginlik və yüksək həyacanlıq hissi. Bu nəticə əsla mücərrəd deyildir, o şəxsiyyətin dərindən öyrənilməsi əsasında bu qərara gəlinmişdir. Onun hansı şəraitdə tərbiyə olunması və bütün həyatının dərk edilməsi əsasında tədqiq edilmiş, o cümlədən, dəfələrlə qətl törədənlərin ətraflı düşünülmüş müxtəlif kateqoriyalı ölüm forması ilə nəticələnən hadisələrin hansı şəraitdə baş verməsinin geniş xülasəsidir. Həm də cinayətin subyektiv məqsəd və əhəmiyyətinin ümumi şəkildə dərk etmək cəhdi ilə bərabər, onun ayrı-ayrı təfərrüatlarının da müəyyən edilməsi də aydın ifadə edilmişdir. Psixoloqların bütün səyləri bir fikirin aydınlaşdırılması üzərində cəmlənir ki, insan nəyə görə qətl hadisəsini törədir? Hansı subyektiv və həyati məsələləri o bununla həll etmək istəyir, ölümlə nəticələnən qətl hadisəsinin səbəbi nədir?
Uzun illər boyu eksperiment qruplar tərəfindən ölüm hadisəsində ittiham edilən yüzlərlə şəxs və buna müvafiq olaraq o qədər də cinayət işləri tədqiq edilmişdir. Cinayətkarların hər birisi ilə «uzun müddətli» müəyyən tədqiqi söhbətlər aparılmışdır, Şəxsiyyətin çoxsahəli tədqiqi üsulu, Kettelin metodikası, Təsəvvürlərə əsaslanmış Tematik test (TAT), Tamamlanmamış cümlə metodikası, «İnsan şəkli çək» testi və başqa psixoloji üsullar. Cinayət işinin materialları anketləşdirilmişdir.Manyak_14qat
Qətl hadisəsində ittiham olunan qatil həyatda öz-özü üçün bir sirr kimi olaraq qalır. Çünki o çox nadir hallarda dərk edir ki, o niyə belə etdi, ya da onun fikrincə, bu hadisə niyə məhz onunla baş verdi. Birincisi ona əlverişli vəziyyət olduqda o bütün günahları başqalarının üzərinə və müsaid olmayan şəraitlərə atır, ya da öz təqsirini danır. Tədqiqatçıları maraqlandıran ən vacib suala aydın, ətraflı cavabın alınmasının mənası yoxdur. O (qatil), ya bunu heç bilmir və bu baxımdan heç çalışmırda ki, niyi isə gizlətsin, ya da kimisə aldatsın. Əksinə, gözləyir ki, ona anladıb – izah etsinlər ki, hansı səbəbdən, nə üçün o bu hadisəni törədib.
Həyacanlıq şəxsiyyətin subyektiv uğursuzluğunun göstəricisi kimi çıxış edir, daha düzgün desək, öz müvəffəqiyyətsizliyinin – hansı ki, obyektiv olaraq olmaya da bilərdi. Lakin həyacanlıq hissi tənasüb (somatik) nasaslığın xəbərdarlığı kimi də qeyd olunur, bununla belə eləsi də olur ki, onu adi tibbi müayinə yolu ilə də aşkar etmək mümkün olmur. Psixoloji-əsəb gərginliklərinin, sarsıntılarının nəticəsini mütəəssir edən şəkillərdə bu duyğu psixi-əsəb və ağır tənasüb təəssüratlar keçirən vaxtı, həm də təhlükəli vəziyyətdə olan və ya həmçinin də düşdüyü vəziyyəti öz həyatı üçün təhlükəli sayanlardaçoxalır. Ümumilikdə şəxsiyyətin fundamental xüsusiyyəti kimi təzahür edən həyacanlıq – insanın özünə, həyatda tutduğu mövqeyə, varlığına, mənliyini itirmək qorxusuna, mövcud olmamaq qorxusu kimi özünün sosial və bioloji statusunun müəyyənsizliyi duyğusu kimi, mühitin mənfi, dağıdıcı, taqətdənsalan təsirinin intizarı kimi də, özünə ümumi mütərrədlik kimi də müəyyən etmək olar.
Qatillər daima öz varlıqlarının xəyali və incə olmağını duyurlar, özləri haqqındakı təsəvvürlərin həyatdatutduqları mövqenin, özünün dəyərliliyinin və ümumilikdə varlığının məhv olmasından ehtiyat edib qorxurlar. Onlar fiziki məhv olmaqdan daha çox ehtiyat edirlər. Heç də vacib deyildir ki, burada qeyd etdiyimiz bütün şəxsi xüsusiyyətlər qətl törədənin yüksək həyəcanlığının göstəricisi kimi onların hər birində mövcud olsun. Əksinə, əksər hallarda bu xüsusiyyətləri ayrı-ayrılıqda və birləşmiş halda müşahidə etmək mümkündür.
Yer üzündəki ilk qatil Kahin də çox yüksək həyacanlıq hissi keçirmişdir: Ulu Tanrı onun hədiyyələrini qəbul etməmişdir, insan üçün də Allah-Təalanın ondan narazı olması çox baha başa gələ bilər, hətta baxmayaraq ki, o (insan) əcdadlarının oğlu sayılır. Qətlin ifrat dərəcədə səciyyəvi növünün mövcud olması barədə xeyli əsas vardır.
Qətl törədənlərin və qeyri-zorakılıq edən cinayətkarların şübhəliliyi daima kənarda basqına məruz qalmaq intizarı kimi və bu basqına müqavimət göstərmək adətləri kimi təzahür edir, baxmayaraq ki, çox hallarda onların (qatillərin) qorxu və həyacanları kifayət qədər əsaslı olmur. Onlardakı təcavüzkarlıq xüsusiyyətləri zənn etməyə vadar edir ki, bu insanların şübhəlilik xüsusiyyəti proeksiya mexanizminə uyğun olaraq baş verir: qətl törədənə məxsus olan zahiri xüsusiyyətlərin isnad edilməsi, xüsusilə də təcavüzkarlığa, üstün olmaq istəyinə, başqalarını özünə tabe etməklə birgə meylinin artması ilə də. Bu səbəbdən də bütün millətlərin Allahları çox aqressiv xarakter daşıyırlar. Belə bir sitayiş etdikləri allahları yaradaraq insanlar onlardan qorxmağa başladılarr.
Buna görə də çox vaxt qətl törədənlərin yüksək həyəcanlığı onların varlıqlarına qarşı təhdid hissinin nəticəsi kimi müəyyən olunur. Buradan da onu daim müdafiə etmək hazırlığı yaranır. Müdafiə olunma xarakterli aqressivlik məzmunca mühafizə kimi kodlaşdırıla bilər ki, bu da aqressiv kimi izah oluna bilər. Lakin ən başlıcası ondadır ki, əslində isə bu fərdin varlığına şübhə doğuran, onu təhdid etməkdən müdafiə edir.
Spilberqin metodikasının köməyi ilə V.V.Kuliniçin həyata keçirdiyi həyacanlığın tədqiq ayrı-ayrı qruplarda müxtəlif məzmunlar aşkar etdi. Məlum oldu ki, oğurluq edənlərdə həyəcanlıq hissi müntəzəm olaraq eyni, bərabər xarakter daşıyır. Bu da onların çoxunda daima təhlükəni hiss etməyə, ona hazır olmağa, vaxtında qaçıb gizlənməyə iamkan verir. Bu da subyektiv olaraq ətrafdakılardan gizli olaraq özgəsinin əmlakını «uğurlu» oğurlamağa şərait yaradır. Onlardan fərqli olaraq, qatillərdə həyəcanlıq hissi qızışma, sıçrayış xarakteri daşıyır və adətən, müəyyən əsəb sarsıntısı keçirən hallarda əhəmiyyət kəsb edir. Bu da çox vaxt əxlaqın pozulmasına, zahiri şəraitə etinasız münasibət göstərmələrinə səbəb olur. Təsadüfi deyildir ki, ölüm hadisələrin 30-40%-i aşkar şəraitdə baş verir və cinayət edənlər dərhal müəyyənləşdirilib həbs edilirlər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?