"Atletlər Kəndi"nin nəqliyyat problemləri həll olunduqdan sonra Koroğlu Mübadilə Mərkəzi yenidən əvvəlki yerinə qaytarılacaq.
gundemxeber.az xəbər verir ki, bu sözləri Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev qafqazinfo-ya açıqlamasında deyib. O bildirib ki, köçürülmədən ən azı 1 həftə qabaq mətbuata xəbər veriləcək.
Xatırladaq ki, NMM-in yerinin dəyişdirilməsinin səbəbi paytaxtda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları zamanı ətraf kənd və qəsəbələrdən Koroğlu metrostansiyasına, eləcə də əks istiqamətdə hərəkət edən sərnişin avtobuslarının rahat, fasiləsiz ən əsası da təhlükəsiz fəaliyyətini təmin etmək idi.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?