Azərbaycan Dillər Universitetindən redaksiyamıza olduqca maraqlı bir məlumat daxil oldu.
Məlumatla bağlı araşdırma aparan əməkdaşlarımız olduqca maraqlı bir məqamlarla rastlaşmışıb. Redaksiyamızı məlumatlandıran valideynin iddiaları inanılması mümkün olmayan bir hal idi. Belə ki, valideynin bildirdiyinə görə övladı Azərbaycan Dillər Universitetində ödənişli əsaslarla təhsil almış, təhsil haqqını isə çətinliklə də olsa ödəmişlər. Müəyyən vaxt yəni sonuncu kurslarda ödənişi tam ödəmədiklərindən diplomu ala bilməmişlər. Bu günlərdə ödəniş borcunu ödəyib diplomu almaq istəyən valideyn müəmmalı bir halla rastlaşmışdır. Bu vəziyyəti redaksiyamızla bölüşən tələbənin valideyini bildirmişdir ki, təhsil haqqını 1050 (min əlli) manat ödədiyi halda bankda həmin məbləğ 100 (yüz) manat göstərilib.
Məsələnin maraqlı olan tərəfi isə həmin bank qəbzində isə məbləğ 1050 (min əlli) manat qeyd olunmasıdır. Valideyn əlavə olaraq iddia edir ki, bank qəbzi Universitetin məsul işcisinin xətti ilə yazılıb. Yəni valideyindən təhsil haqqını həmin məsul şəxs qəbul edib, amma banka 1050 (min əlli) manat deyil 100 (yüz) manat ödəyibmiş. Valideynin itirdiyi məbləğ Universitetin məsul işçisi tərəfindən qaytarılsada müəmmalı bank qəbzinin talehi hələdə sual altındadır. Bankla əlaqə saxlayan əməkdaşlarımıza min əlli manat göstərilən bank qəbzinin saxta olması əslində həmin tarixdə 100 (yüz) manat ödənildiyi bildirilib. Əlavə olaraq bildiriliriki Azərbaycan Dillər Universitetində bu kimi problemlə üzləşən tələbələr çoxdur. Universitetdən adının çəkilməsini istəməyən mənbə bildirir ki, bu hallarla bağlı geniş araşdırma və yoxlamalar aparılır. Çox güman ki, belə saxtakarlıq halları Universitetdə yetərincədir. Əlavə olaraq bir neçə ödənişini ödəmiş, ancaq balans hesabında göstərilməyən Universitet məzunları çoxdur. Bununla bağlı əməkdaşlarımız belə tələbələrin aşkarlanması yönümündə iş aparmaqdadır. Universitetin məsul işçisi ilə əlaqə saxlayıb müəmmalı 1050 (min əlli) manatlıq saxta bank qəbzi barədə ətraflı məlumat aldıqdan sonra həmin məsul şəxsin kimliyi və qəbzin talehi barədə məlumat dərc edəcəyik.
BakuNews.az redaksiyası olaraq məsələ diqqətimizdədir. Universitetdən müəmmalı qəbz barədə ətraflı məlumat əldə edə bilməsək, araşdırılması üçün Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə rəsmi müraciət ünvanlayacağıq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?