Energetika naziri Natiq Əliyevin ürəyindəki problem səbəbindən İstanbulda həyatını itirməsinin bəzi təfərrüatı açıqlanıb.
PRESSDAY.az xəbər verir ki, İstanbuldakı “Florence Nightingale” xəstəxanasının rəsmiləri Natiq Əliyevin Bakıda ürək böhranı keçirdiyini və müalicə üçün İstanbula gətirildiyini bildirib.
Xəstəxanadan bildiriblər ki, Natiq Əliyevin iyunun 3-də Bakıda keçirdiyi ürək böhranı sonrası keçirilən ilk müdaxiləylə həyata qaytarıldığı, bağlanmış koronar damarlar açılaraq stent yerləşdirilib.
Bəyanatda bunlar qeyd edilib: "Şiddətli dərəcədə ürək çatışmazlığı səbəbilə Türkiyədən Bakıya gedən ürək cərrahiyyəsi qrupu tərəfindən dövran dəstək cihazı bağlanaraq, iyunun 5-də təcili tibbi yardım təyyarəsi ilə “Florance Nightingale” xəstəxanasına aparılıb.
İntensiv tibbi müalicə ilə qan təzyiqi yüksəldilməyən xəstəyə, ürək nasosu olunaraq gələcək ürək çatışmamazlığı müalicəsi başlayıb.
Daimi süni ürək dəstək cihazı taxılması nəzərdə tutulan xəstədə dünən ani inkişaf edən beyin qan sızması səbəbilə beyin ölümü baş verib.
Cənab nazir dünən günorta saatlarında vəfat edib".
Sorğu
Yeni dizaynımız necədir?