Vaşinqton universitetinin alimləri aşkar ediblər ki, ion kanalları kimi tanınan zülallar sayəsində ürək xəstəliklərindən əziyyət çəkən insanlar üçün yeni dərman hazırlana bilər. Həmin dərman vasitələri ürək aritmiyasından əziyyət çəkən insanlara yadım edəcək. İon kanalları ürəkdəki elektrik siqnallarına əvvəllər bilindiyi kimi reaksiya vermir.
Ürək ritmi yaradaraq enerjili ionların hüceyrə membranasını keçməsi üçün şərait yaradır.
Alimlər aşkar ediblər ki, KCNQ1 kanalında elektriklənmiş membran tək kanalı açıb-bağlamır. Eyni zamanda elektrik siqnallarının xüsusiyyətlərini müəyyən edir. KCNQ1 kanalı ürəyin ritmi üçün çox vacibdir. Kanalın 250-dən çox mutasiyası var. Bundar da əvvəllər aritmiya ilə əlaqələndirilirdi.
Kanalların necə işlədiyi anlaşılmadığı bir zamanda effektiv dərman hazırlamaq mümkün deyildi. Tədqiqatçılar ümid edirlər ki, yeni tapıntı ürək xəstəliklərindən əziyyət çəkənlər üçün əlac olacaq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?