Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən “AAAF Park”şirkətinin AAAF-2 kompleksində yaşayan sakinlərdən redaksiyamıza müraciət daxil olub.
Sakinlərin bildirdiyinə görə yaşayış kompleksində problemlər tükənmir. Adı çəkilən binanın qaz təminatı yoxdur. Binanın elektrik enerjisi ilə tcizaatında tez-tez problemlər yaranır. Bəzən sakinlər günlərlə qaranlıqda qalmalı olurlar. “AAAF Park” şirkəti Azərişıq ASC ilə münasibətləri tənzimləyə bilmədiyindən əziyyəti bina sakinləri çəkir. Həmçinin müraciətdə bildirilir ki, sakinlər öhdələrinə düşən ödəmələri vaxtlı vaxtında ödəsələr də,binanın digər texniki təcizaatları da arzu olunan səviyyədə deyil.
Sakinlər problemlərlə bağlı dəfələrlə şirkətə müraciət etdiklərini də bildiriblər. Lakin onlara hər dəfə “kimə istəyirsiniz şikayət edin” cavabının verildiyini deyirlər.
Kompleksdə yaşayan 300-ə yaxın sakinmedia vasitəsi ilə aidiyyatı qurumlardan xahiş edirlər ki, “AAAF Park” şirkətinin rəhbərliyindən ciddi tədbirlər görülməsini tələb etsinlər.
Məsələ ilə bağlı, “AAAF Park” şirkəti ilə əlaqə saxlamağa cəhd etdik. Şirkətdən bizə 050 256 62… (son iki rəqəmi qeyd etmirik) mobil nömrəsi ilə, Kənan adlı şəxslə əlaqə saxlamağımızı bildirsələr də verilən mobil nömrədən zənglərə cavab verən olmadı.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?