Nizami rayonu Şirin Mirzəyev-72 ünvanında yerləşən binanın sakinlərinə, “Azərsu” ASC bu gün də problem yaşatmaqdadır. Bina sakinləri “Gündəm Xəbər”ə məlumat verərək bildirirlər ki, “Azərsu” ASC-nin işçiləri, hələ bir müddət əvvəl qeyd olunan binanın həyətində qazıntı işləri aparıblar. Məqsəd, sakinlərin içməli suya olan təlabatlarını ödəmək, binanın bloklarına yeni su xətləri çəkməklə sakinlərinin smart-kart sisteminə keçidini təmin etmək olub. Amma, aparılan qazantı işlərinin sistemli şəkildə həyata keçirilməməsi, tikinti işinin dayandırılması və görülməli olan işlərin yekunlaşmaması, bina sakinlərinin narazılığına səbəb olub. Sakinlər bildirirlər ki, “həyəti qazıblar, təhlükəli vəziyyət də yaradıblar. Həyətdə oynayan körpə uşaqların hər an qazılan sahəyə düşüb zədə alma ehtimalı da artıb. Binanın həyəti çirklənib, əsən külək torpağı evlərə doldurur ki, bu da haqlı narazılığımıza gətirib çıxarır” . Bu gün sakinlər hesab edirlər ki, “Azərsu”ASC işləri belə yubadırsa, demək, görəcəkləri işin keyfiyyətli olması da, müəyyən şübhələrə yol açır. Bloklara çəkiləcək su xətlərində isə, su sızmalarının baş verməsi qaçılmaz olacaq.
Sorğu
Yeni dizaynımız necədir?