Bakıda "Formula 1" Azərbaycan "Qran-prisi" ilə əlaqədar bağlanan mərkəzi küçələrdə bu gün axşamdan nəqliyyatın hərəkəti bərpa ediləcək.
Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib. Qeyd olunub ki, hazırda həmin küçələrdə quraşdırılmış avadanlıqlar yığışdırılır: "Axşam saatlarından mərkəzi küçələr nəqliyyatın hərəkəti üçün açılacaq".
Qeyd edək ki, "Formula 1" yarışları ilə əlaqədar iyunun 19-dan Azadlıq meydanından başlayaraq Puşkin, Xəqani, Bülbül küçələri, Zərifə Əliyeva prospekti, Rəsul Rza küçəsi, Neftçilər prospekti, Əziz Əliyev küçəsi, Qoşa Qala qapısı-Gənclər meydanı, İstiqlaliyyət küçəsi, Niyazi küçəsi, Azneft meydanı, Neftçilər prospekti və bu istiqamətlərdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb./APA/
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?