İyunun 18-19-da Bakıda keçiriləcək «Formula 1» yarışları ilə əlaqədar mərkəzi yollarda növbəti təmir işləri başlayıb.
Dekabrın 21-dən Neftçilər prospektinin Azadlıq prospektindən Puşkin küçəsinə qədər olan hissəsi asfalt örtüyünün təmirinə bağlanıb.
Təmir işlərinin 7 gün ərzində davam edəcəyi gözlənilir. Münasib olmayan hava şəraiti və gözlənilməz hallar üzündən təmir işlərinin uzun sürəcəyi halda şəhər sakinləri əvvəlcədən məlumatlandırılacaq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?